PMD Hospitality
Rəqəmsal marketinq və E-kommersiya üzrə üzrə mütəxəssis
Son tarix 06 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
Rəqəmsal marketinq:
- PMD Hospitality brend saytı və PMD Hospitality MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir;
- Meta/Google Ads Manager-də onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir;
- Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir;
- Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır;
- Axtarış vasitələrində veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir;
- Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir;
- Marketinq Əlaqələri üzrə Menecer tərəfindən müəyyən edilmiş strategiyaya uyğun olaraq, hotellərin hədəf kütləsinə aylıq e-poçt bülletenləri və SMS bildirişləri hazırlayır/göndərir;
- Sosial şəbəkə/ekran reklam məhsuldarlığı və profil seqmentasiyası hesabatlarını hazırlayır və təhlil edir;
- Üçüncü tərəf qonaqlama kanallarında ödənişli yerləşdirmə strategiyasını idarə edir, bazar haqqında məlumatı təhlil edir və KPI-ləri optimallaşdırmaq üçün məzmunları yeniləyir;
E-kommersiya:
- PMD Hospitality brend saytının və PMD Hospitality MMC-nin idarəçiliyində olan bütün hotellərin saytlarının məzmun, şəkil, paket və qiymətlərin bütün dillərdə yeniləyir
- Bütün elektron distribusiya kanalları üzrə qiymət uyğunluğuna (paritetinə) nəzarət edir və uyğunsuzluq olarsa, Gəlirlər üzrə Menecerə bunu arada qaldırmaq üçün məlumat verir;
- Marketinq Əlaqələri üzrə Menecer və Gəlirlər üzrə Menecer ilə razılaşdırılaraq xüsusi təklif və paketlər üçün promo məzmunları hazırlayır;
- Qrupun əsas hədəf kütləsi üçün e-marketinq təşəbbüslərini hazırlayır və həyata keçirir, ziyarətçilərin hotel veb-saytına yönləndirilməsi ilə gəlirləri və geri dönüş sayını artırır;
- Birbaşa veb-saytlardan yönələn gəlirləri azaldan brend qaydalarının və sistem nasazlıqlarının araşdırılıb aradan qaldırılması üçün hesabat verir və nəzarət edir;
- Hotellərin veb-saytlarının statistika panelindən və/yaxud hotellərin Opera PMS sistemindən onlayn əldə edilən rezervasiyaların hesabatlarının təhlilini aparır;
Namizədə tələblər:
- Ali təhsil (Marketinq və Kommersiya sahəsində arzu olunandır);
- Rəqəmsal Marketinq və E-kommersiya sahəsində minimum 1 (bir) il;
- SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi;
- Veb-sayt analitika alətləri (Google Analytics, NetInsight, Omniture, WebTrends) haqqında dərin biliklər;
- Google Adwords və Meta Ads kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi;
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- “Onlayn Səyahət Agentlikləri” üzrə bilikləri – yüksək səviyyədə;
- “Channel Manager” proqram təminatı bilikləri – Orta səviyyədə;
İşçinin təminatları:
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif müəssisələrdə karyera davamı imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.