PMD Group
Qiymətləndirmə üzrə aparıcı mütəxəssis
Son tarix 12 sen 2024 - Müraciət et
Təsvir
- Daşınmaz əmlak bazarının müxtəlif sahələri üzrə müəyyən edilmiş metodologiyaya uyğun olaraq əmlakın qiymətləndirilməsi və bazar araşdırmalarının həyata keçirilməsi
- Qiymətləndirməyə təqdim ediləcək əmlak sənədlərinin təhlili və əmlaklara baxış keçirilməsi
- Bazar araşdırmalarının həyata keçirilməsi və müvafiq hesabatlarının hazırlanması
- Qiymətləndirmə hesabatlarının, təqdimatların və analitik sənədlərin hazırlanması
- Kənar qiymətləndirmə hesabatlarının yoxlanılması
- Şöbədaxili aparılan qiymətləndirmələrin yoxlanılması
- Şöbə və Departament daxilində olan digər funksiyalara dəstək göstərilməsi
Tələblər
- Müvafiq ixtisas üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Maliyyə modelləşdirilməsi və hesabatlılıq üzrə bilik və təcrübə
- Əmlakın qiymətləndirilməsi üzrə nəzəri və təcrübi bilik və bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
- Kompüter bacarıqları: MS Office proqramları, yüksək Excel bacarığı
- Yüksək təqdimat və komandada işləmək bacarığı
- Yüksək analitik düşüncə bacarığı
Baş elektrik mühəndisi
Son tarix 12 sen 2024 - Müraciət et
Təsvir
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını müəyyənləşdirmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
- Layihələrin elektrik hissəsinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə birbaşa rəhbərinə öz texniki rəyini təmin etmək;
- İstehsalatda elektrik avadanlıqlarının və kabel xətlərinin quraşdırma işləri zamanı texniki nəzarət işlərini həyata keçirmək və Baş Podratçınan lazımı sənədləri tələb etmək
- İstehsalatın elektrik və mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Rəsmi Qurumlar tərəfindən tələb edilən sənədlərin hazırlanmasını təmin etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Tələb edildiyi halda istismarda olan layihərdə mexaniki sistemlər üzrə ilkin müayinə aparmaq və rəhbərliyə hesabat hazırlaıb təqdim etmək;
- Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə sifarişçi olaraq azı 10 il işləməklə minimum 15 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;
- Dil bilikləri:Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq