PMD Group
Texniki nəzarət və monitorinq şöbəsinin rəhbəri
Son tarix 11 iyl 2024 - Müraciət et
Təsvir:
- Tikinti layihələrinin icrası üçün standartların, prosedur və qaydaların, işlərin icrası axınlarının müəyyən edilməsi;
- Mövcud layihələrin proqres hesabatlarını rəhbərliyə təqdim etmək;
- Tikinti layihələrində keyfiyyət meyarlarının müəyyən edilməsi;
- Layihə tapşırıqlarının düzgünlüyünə texniki nəzarət etmək;
- Layihənin düzgün və qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasına nəzarət etmək;
- Layihənin smetasının həcm və qiymətlərinin təhlili;
- Layihənin icra planının razılaşdırılmış qrafikə uyğun icrasına nəzarət, gecikmələrin qarşısını almaq üçün tədbirlərin görülməsi;
- Layihələrdə aparılan sənədləşməni layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğu yoxlamaq;
- Layihələrdə yerinə yetirilən işlərin və istifadə olunan material və avadanlıqların layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğu yoxlamaq;
- Layihələrin icrası zamanı təqdim olunan aktların qiymət və həcmlərinin təhlili;
- Tikinti xərclərinin müqavilə şərtlərinə uyğunluğuna nəzarət;
- Layihələndirmənin ilkin icazə sənədlərinin, razılaşmalarının, texniki şərtlərin mövcudluğunu yoxlamaq;
- Yerinə yetirilmiş iş həcmlərinin, disiplinlər üzrə layihə və smeta sənədləri ilə uyğun icra olunmasının yoxlanılması;
- Tədarükçülərin texniki qiymətləndirilməsində iştirak etmək;
- Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunun yoxlanması, çatışmazlıqların aradan qaldırılmasına nəzarət etmək;
- Vəzifə və funksiyaların uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
Tələblər:
- Mühəndislik ixtisasları üzrə ali təhsil;
- Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti və texniki baxım üzrə minimum 15 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı;
- Kompüter bacarıqları: MS Office proqramları, AutoCad;
- Yüksək idarəetmə və təqdimat bacarığı;
- Yüksək analitik düşüncə bacarığı.