PMD Group
Baş memar
Son tarix 16 dek 2023 - Müraciət et
Təsvir:
- Layihələrin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması
- Layihələr üzrə həftəlik hesabatların rəhbərliyə təqdimatı
- Memarlıq və mühəndislik planlarının nəzərdən keçirilməsi və layihələndirilməsinə nəzarət
- Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək
- Müxtəlif mühəndislik fənləri, tətbiq üsulları və materialları haqqında biliklərin tədqiqi
- Podratçı şirkətin memarlarının işini izləmək və tövsiyələr vermək, tələb olunduğu təqdirdə seminarlar təşkil etmək
- Podratçılar və subpodratçılar tərəfindən görülən işlərin düzgünlüyünü yoxlamaq və rəhbərliyə hesabat şəklində çatdırmaq
- Layihə proqramının tələblərini hazırlamaq
- Podratçı və subpodratçı layihə qruplarına nəzarət etmək, onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək
- Məsləhətçilərin təklif və iradlarını koordinasiya etmək
- Layihələndirmə ilə əlaqəli məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün tərəfdaşlarla ünsiyyətdə olmaq
- Layihə ehtiyaclarını və məqsədlərini müəyyən etmək üçün birbaşa rəhbəri və Daşınmaz Əmlakın İnkişafı departamenti ilə sıx əməkdaşlıq etmək
- Qarşıya qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün podratçı şirkətlərlə sıx əməkdaşlıq etmək
- Müxtəlif təyinatlı layihələr üzrə mütəxəssislər ilə məsləhətləşmələr aparmaq
- Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək
Tələblər:
- Memarlıq, mühəndislik, dizayn və ya oxşar sahələr üzrə magistr dərəcəsi
- Memar (layihələndirmə üzrə) kimi minimum 10 il iş təcrübəsi
- Kompüter bacarıqları: Memarlıq dizaynında AutoCAD və REVİT-dən istifadəni yüksək səviyyədə bacarmaq
- Yüksək idarəetmə və ünsiyyət bacarıqları
- Detal yönümlü və yüksək analitik bacarıqlar
- Yüksək təqdimat və komandada işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili - yaxşı və əlavə dillər arzuolunandır