PMD Group
Baş maliyyə analitiki
Son tarix 01 dek 2023 - Müraciət et
Təsvir:
- Aylıq olaraq Qrup və alt şirkətlərin maliyyə nəticələrinin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması
- Aylıq olaraq İdarəetmə uçotu üçün Konsolidasiya edilmiş maliyyə hesablarının hazırlanması və təqdimatı
- Faktiki aylıq və büdcə nəticələri arasında fərqlərin araşdırılması və analitik izahların təqdim edilməsi
- Qrup üçün maliyyə siyasətlərinin və prosedurlarının hazırlanmasında iştirak etmək
- Maliyyə hesabatlarının beynəlxalq standartına (MHBS) əsasən hazırlanacaq maliyyə hesabatları üçün lazımi standartların tətbiqi və maliyyə hesabatlarının hazırlanması
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi
- Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının və kordinasiyasının təmin edilməsi
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək
- Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək
Tələblər:
- Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat) üzrə ali təhsil
- Büdcə, hesabatlılıq və ya audit sahələrində minimum 3 il iş təcrübəsi, Böyük 4-lük (Big4) audit şirkətlərində təcrübə arzuolunandır
- MHBS əsasən maliyyə hesabatlarıın hazırlanmasında təcrübəyə malik olmaq
- ACCA sertifikatların olması (ilkin tələb olunan sertifikatlar F2, F3, F7)
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
- Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı
- 1C Mühasibatlıq proqramı üzrə biliklərin olması
- Yüksək təqdimat və komandada işləmək bacarığı
- Yüksək analitik düşüncə bacarığı