Planeta İstehsal Kommersiya Şirkəti
Satış şöbəsinin rəisi
Son tarix 21 iyn 2026 [email protected]
Planeta İstehsal Kommersiya şirkətinə Satış şöbəsinin rəisi axtarılır
Əsas vəzifələr:
- Distribyutoru olduğumuz xarici şirkətlərin məhsulları üzrə satınalma prosesinin idarə olunması və sifarişlərin vaxtında həyata keçirilməsi
- İstehsal prosesinin fasiləsiz davamlılığını təmin etmək məqsədilə 1,5–2 illik istehsal və tələbat proqnozlarının hazırlanması
- Xarici anbarlarda məhsul mövcudluğunun, stok səviyyələrinin və məhsulların yararlılıq müddətlərinin (srok) daim nəzarətdə saxlanılması
- Hazır məhsullar üzrə alış planlarının hazırlanması və bazar tələbatına uyğun proqnozlaşdırmanın aparılması
- Yerli anbar qalığına gündəlik nəzarətin həyata keçirilməsi, istifadə müddəti azalan məhsullar barədə aidiyyəti şöbələrin əvvəlcədən məlumatlandırılması
- Məhsulların qeydiyyat statusuna uyğun olaraq satınalma və istehsal planlarının hazırlanması və koordinasiyası
- Satış göstəricilərinin mütəmadi analizi, bazar dinamikalarının təhlili və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
- Ümumi bazar üzrə satış məlumatlarının toplanması, vahid məlumat bazasında konsolidasiya edilməsi və mütəmadi olaraq satış komandasına təqdim olunması
- Tibbi nümayəndələr üçün aylıq, rüblük və illik satış hədəflərinin hazırlanması, nəticələrin təhlil edilərək satış komandasına təqdim olunması
- Şirkətin strateji inkişaf məqsədlərinə uyğun biznes planların hazırlanması və icrasının izlənilməsi
- Bazar araşdırmalarının aparılması, rəqiblərin fəaliyyətinin izlənilməsi və satış statistikalarının hazırlanaraq rəhbərliyə təqdim olunması
- Satış və stok göstəricilərinə əsasən risklərin əvvəlcədən müəyyənləşdirilməsi və optimallaşdırıcı tədbirlərin görülməsi
- Satış, logistika, satınalma və istehsal şöbələri arasında koordinasiyanın təmin olunması
- Məhsul portfelinin effektiv idarə olunması və bazar tələbatına uyğun inkişaf təkliflərinin verilməsi
- Şirkətin satış strategiyasının hazırlanmasında və icrasında aktiv iştirak etmək
Tələblər:
- Ali təhsil (Data analitika, Biznesin idarə olunması, və ya əlaqəli sahələr üzrə)
- Satış, planlama, satınalma və ya distribusiya sahəsində minimum 3–5 il iş təcrübəsi
- Azərbaycan dili və İngilis dili səlis, Rus dili biliyi arzuolunandır
- Analitik düşünmə və güclü hesabat hazırlama bacarığı
- MS Power Bİ, MS Excel və digər hesabat proqramlarında yüksək işləmə bacarığı
- Satış analizləri, proqnozlaşdırma və bazar araşdırmaları üzrə təcrübə
- Komanda idarəetmə və liderlik bacarıqları
- Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliklərinin olması üstünlükdür
- Yüksək ünsiyyət, təqdimat və problem həll etmə bacarıqları
- Məsuliyyətli, nəticəyönümlü və strateji düşünmə qabiliyyəti
İş şəraiti
- İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 2000–2500 AZN (bilik və təcrübəyə uyğun)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















