Pizza Mizza
Maliyyə üzrə Baş Mütəxəssis
Son tarix 08 mar 2025 - [email protected]
Maliyyə və mühasibat uçotunu peşəkar səviyyədə idarə edə bilən, strateji düşünmə və analitik bacarıqlara malik maliyyə mütəxəssisi axtarırıq. Bu vəzifə həm gündəlik maliyyə əməliyyatlarının icrası, həm də optimallaşdırma və proseslərin avtomatlaşdırılması istiqamətində inkişaf etdirilməsini tələb edir.
Vəzifə öhdəlikləri:
Maliyyə hesabatlarının hazırlanması və analizi:
- Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatının hazırlanması və təhlili.
- Gəlir və xərc tanınması prinsiplərinə uyğun olaraq maliyyə uçotunun aparılması.
Mühasibat uçotu və nəzarət:
- Beynəlxalq mühasibat uçotu standartları (IFRS) və yerli vergi qanunvericiliyinə uyğun uçotun aparılması.
- Kreditor və debitor hesablaşmalarının düzgün uçotunun aparılması.
- Xərclərin plana uyğun istifadəsinə nəzarət, qeyri-məhsuldar xərclərin təhlili və optimallaşdırılması.
ERP və texnologiyalardan istifadə:
- 1C, IIKO, SAP və ya digər ERP sistemlərində maliyyə uçotunun idarə edilməsi.
- Excel və Google Sheets-də maliyyə modellərinin qurulması və optimallaşdırılması.
Xərc uçotu və proqnozlaşdırma:
- Məhsulun maya dəyəri və istehsal xərclərinin hesablanması.
- Nağd vəsait axını (cash flow) və maliyyə proqnozlarının hazırlanması.
- Fiks və dəyişən xərclərin təhlili, xərclərin təsdiqlənməsi və icazə proseslərinin idarə edilməsi.
Maliyyə auditi və tənzimləmə:
- Daxili və xarici auditlərə hazırlıq və tələblərin icrası.
- Vergi və maliyyə konsaltinq xidmətləri ilə iş və uyğunluğun təmin edilməsi.
Komanda rəhbərliyi və inkişaf:
- Kiçik maliyyə komandalarına rəhbərlik və onların işini effektiv idarə etmək.
- Davamlı inkişaf və optimallaşdırmaya yönəlik yeni yanaşmaların tətbiqi.
Namizədə olan tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil.
- Maliyyə və mühasibat sahəsində minimum 5 il təcrübə (baş mühasib və ya maliyyə mütəxəssisi kimi).
- IFRS üzrə biliklər, PMS sertifikatı və ya ACCA (F2, F3, F7) imtahanlarının keçilməsi üstünlükdür.
- MS Excel və Google Sheets-də yüksək səviyyədə işləmə bacarığı.
- 1C, IIKO, SAP və digər ERP sistemlərində işləmə təcrübəsi.
- Nağd pul axını, proqnozlaşdırma və xərc uçotu sahəsində biliklər.
- Dəqiq, məsuliyyətli və təşkilatçılıq bacarığı yüksək olan şəxs.
- Vergi və maliyyə konsaltinq xidmətləri ilə iş təcrübəsi.
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, tam iş vaxtı.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
- Nahar: Şirkət tərəfindən aylıq ödənilir.
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
- Ünvan: Bakı şəhəri, Babək Plaza.
Əgər maliyyə proseslərini avtomatlaşdırmaq, xərcləri optimallaşdırmaq və komandaya real dəyər qatmaq istəyirsinizsə, bizə qoşulun!
Müraciət etmək istəyən şəxslər e-mail adresinə başlıqda elanın adını yazmaqla müraciət edə bilərlər.