PFM Catering
Mühasib
Son tarix 23 fev 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
- Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
- Debitor və kreditorlara nəzarət nəzarət;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Tələblər:
- İş təcrübəsi : Min: 3 il
- Yaş : 25 – 40
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- Vergi qanunvericiliyini bilmək;
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
- Office proqramlarında, əsasən EXCEL-də YÜKSƏK səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
İş şərtləri:
- İş saatı: 09:00-dan - 18:00-dək.
- Ünvan: Ayaz İsmayılov 8_Xətai metrosu və Meqafanın yaxınlığı
- Həftədə 5 iş günü.
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- Əmək haqqı: 1000 azn
Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına və ya 0552067077 nömrəsinə “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Satınalma üzrə mütəxəssis
Son tarix 23 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında, şirkətin tədbiq etdiyi prosedurlara uyğun olaraq icra etmək ;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Məhsulun keyfiyyət və qiymət uyğunluğunun araşdırılması ;
- Sistem üzərindən satınalma tələblərinə nəzarət və yoxlanılması ;
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması ;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Alınan məhsulun seçimi zamanı keyfiyyət və qiymət normalarının qorunması ;
- Alış müqavilələrinin bağlanması və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Təchizat işi və dəyişikliklərlə bağlı rəhbərliyə məlumat verilməsi;
- Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Qida və qeyri-qida üzərə biliklərin olması arzuolunandır)
- MS Office proqramları üzrə biliklər.
İş şərtləri:
- Ünvan: Ayaz İsmayılov 8_Xətai metrosu və Meqafanın yaxınlığı,
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- Əmək haqqı: 1000-1500 azn, (namizədin bilik və bacarığına əsasən təyin ediləcək)
Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına və ya 0552067077 nömrəsinə “Satınalma üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.