Vakansiya 1: Avtomobil Servis Rəhbəri
Vəzifə öhdəlikləri:
- Avtomobil Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi
- Avtomobil Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması
- Avtomobil Servis personalının idarə olunması və effektiv işinin təşkili
- Avtomobil Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
- Avtomobil Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
- Müştərilərin razılığına və loyallığına nail olmaq
- Avtomobillərə göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
- Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
- İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
- Avtomobil Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli istiqamətində çalışmaq
- Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 30-45
- Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır)
- Avtomobil servisi idarəçiliyi sahəsində minimum 3 illik təcrübə
- Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 2200-2500₼ (Dövriyyədən asılı olaraq artacaq).
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini ([email protected]) məktubun mövzu hissəsində “Avtomobil Servis rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiya 2: Satıcı-məsləhətçi
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Ali təhsil
- Yaş: 23-35
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Əlavə məlumatlar:
- Həftədə 5 iş günü, saat 09:00-19:00
- Əmək haqqı: 400-1700 AZN (əmək haqqı və əlavə bonuslar)
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini ([email protected]) məktubun mövzu hissəsində “Satıcı-məsləhətçi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır