Performance Center Co
Korporativ satış və texniki xidmət üzrə mütəxəssis (Avtomobil servisi bölməsi)
Son tarix 05 sen 2022 - [email protected]
İş haqqında məlumat:
- Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Ümumi fəaliyyətə dair şöbə rəhbərinə hesabatların verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 25-35
- Korporativ satış üzrə 2 il iş təcrübəsi
- Azərbaycan dilində səlis danışıq
- Rus və ya ingilis dilində sərbəst ünsiyyət qurmağı bacarmalıdır.
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Həftədə 5 iş günü, saat 09:00-18:00
- Əmək haqqı: 800-1000AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri (Avtomobil servisi bölməsi)
Son tarix 05 sen 2022 - [email protected]
İş haqqında məlumat:
- Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
- Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
- Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
- Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Ümumi fəaliyyətə dair İdarə Heyətinə hesabatların verilməsi;
- Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Avtomobil Servisi bölməsində Ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
- Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 30-40
- Korporativ satışda rəhbərlik üzrə 2 il iş təcrübəsi
- İdarəetmə bacarığına malik olmalı
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
- Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Həftədə 5 iş günü, saat 09:00-18:00
- Əmək haqqı: 2000-2300AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Baş qəbuledici
Son tarix 04 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Avtomobillərin qəbulu və qəbuledicilərin işinin təşkil olunması;
- Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
- Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Avtomobilin təmirinin icrasına nəzarət;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi.
Tələblər:
- Ali təhsil ( ali texniki təhsil);
- Yaş: 25-40;
- Müvafiq sahədə 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir);
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Analitik təhlil və idarəetmə bacarığı olmalı;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: Xidmət göstərilmiş avtomobillərə görə bonuslarla birlikdə 1200-1500 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Baş qəbuledici” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Satış üzrə kiçik inzibatçı
Son tarix 28 avq 2022 - [email protected]
İş haqqında məlumat:
- Avtomobil radarları ilə bağlı dövlət qurumlarının məktublarını cavablandırmaq;
- Şirkətin satış bazasını, satış müqavilələrini tənzimləmək;
- Şirkətə alınan yeni avtomobillərin qeydiyyatı;
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli;
- Həftədə 5 iş günü, istirahət günü – 2 gün. İş saatı 09:00-18:00
- Əmək haqqı: 450-500 AZN
Tələblər:
- Ali təhsil
- Cins: Qadın
- Yaş: 21-30
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri orta səviyyədə
- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı
- Kollektivdə mehriban, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Satış üzrə kiçik inzibatçı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Avtomobil ehtiyat hissələri üzrə mütəxəssis
Son tarix 25 avq 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Elektron kataloqdan avtomobil ehtiyat hissələrinin seçilməsi və qiymət araşdırılması;
- Avtomobil ehtiyat hissələri satış nöqtələrinin reyestr bazasının tərtibi;
- Avtomobil ehtiyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
- Dövri hesabatların hazırlanması;
- Avtomobil ehtiyat hissələrinin hərəkətinə nəzarət;
- Avtomobil ehtiyat hissələrin təhlili;
- Avtomobil ehtiyat hissələri anbarı ilə işləmək.
Tələblər:
- Ali texniki təhsil;
- Yaş həddi: 25-40;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri arzuolunandır;
- 1C proqramında sərbəst işləmə bacarığı;
- Microsoft Excel yüksək səviyyədə bilməli;
- Komanda ilə işləmək qabiliyyəti;
- Avtomobil ehtiyat hissələri haqqında dolğun məlumatın olması;
- Yaxşı münasibət qurma və danışıq bacarığı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 800-1000 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Avtomobil ehtiyat hissələri üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.