PASHA Malls
Böyük Memar
Son tarix 04 dek 2025 - Müraciət et
Təsvir
- Memarlıq dizayn mərhələlərinə – konsept, eskiz, detallı dizayn və tikinti sənədləşməsi mərhələlərinə rəhbərlik etmək və idarə etmək;
- Bütün dizayn nəticələrinin qüvvədə olan qaydalara, standartlara və layihə tələblərinə uyğunluğunu təmin etmək;
- Çertyojlar, smeta (BOQ) və texniki spesifikasiyalar daxil olmaqla memarlıq tender paketlərini hazırlamaq və nəzərdən keçirmək;
- Tender proseslərini idarə etmək: iştirakçıların sorğularına cavab vermək, izahatlar təqdim etmək və texniki qiymətləndirmələr aparmaq;
- Dizayn və tikinti mərhələlərində məsləhətçilər, podratçılar və təchizatçılarla sıx əməkdaşlıq etmək;
- MEP, konstruktiv və digər texniki istiqamətlərlə birgə çalışaraq dizaynların tam inteqrasiyasını təmin etmək;
- Memarlıq işləri üzrə sahə baxışları keçirmək və hər hansı uyğunsuzluqları və ya kənarlaşmaları hesabatlandırmaq;
- Dizayn dəyişikliklərini idarə etmək, düzəliş çertyojlarını və sənədlərin yenilənməsini hazırlamaq;
- Material seçimi proseslərinə, nümunə baxışlarına (mock-up) və texniki təsdiqlərə dəstək vermək;
- Layihə tamamlandıqda təhvil-təslim sənədlərinin düzgün hazırlanmasını və dizaynın yekun bağlanmasını təmin etmək;
- Dizayn risklərini müəyyən etmək və onların azaldılması üzrə qabaqlayıcı tədbirləri dəstəkləmək;
- Tikinti mərhələsində olan ticarət obyektlərinin (mağazaların) fit-out işlərinin auditini aparmaq;
- Müxtəlif icarədarların fəaliyyətlərinin gündəlik yoxlanılması, nəzarəti və hesabatlandırılması;
- İcarə (leasing) və kommersiya şöbələrinin tələblərini müəyyən edib tikinti komandalarına çatdırmaq;
- Dizayn, tikinti prosedurları, zonalaşdırma və tikinti normaları, eləcə də tikinti materialları sahəsində biliklərə əsaslanaraq fit-out və yenidənqurma layihələrini araşdırmaq, planlaşdırmaq, dizayn etmək və idarə etmək;
- Yeni və ya yenidənqurma layihələrinin funksional və məkan tələblərini müəyyənləşdirmək, dizayn, texniki spesifikasiyalar, materiallar, rənglər, avadanlıqlar, təxmini xərclər və fit-out/yenidənqurma müddətləri barədə məlumat hazırlamaq;
- Fit-out və ya yenidənqurma işləri zamanı periodik sahə baxışları keçirmək, dizayna uyğunluğu yoxlamaq və bununla bağlı “snag list” (qüsurlar siyahısı) hazırlamaq;
- Müştərilərlə birlikdə layihə tələblərini müəyyənləşdirmək;
- Yeni ticarət mərkəzi layihələri ilə bağlı təqdimatlar hazırlamaq və təqdim etmək;
- Layihələrin yüksək keyfiyyətlə və düzgün şəkildə icra edilməsini izləmək.
Tələblər
- Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
- Memarlıq dizaynı və tikintiyə nəzarət sahəsində 7–10 illik iş təcrübəsi (xüsusilə pərakəndə, kommersiya və ya qarışıq təyinatlı layihələrdə təcrübə üstünlükdür);
- Beynəlxalq və yerli tikinti norma və standartları üzrə dərin bilik;
- AutoCAD, Revit/BIM alətləri və MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
- İngilis dilində mükəmməl yazılı və şifahi bilik;
- Yaradıcı düşüncə və vizuallaşdırma bacarıqları;
- Detallara diqqətli, analitik və həll yönümlü yanaşma;
- Eyni anda bir neçə prioriteti idarə edə bilmək və sıx vaxt çərçivəsində işləmək bacarığı;
- Effektiv ünsiyyət və maraqlı tərəflərlə (stakeholder) münasibətləri idarəetmə bacarıqları;
- MEP (mexaniki, elektrik və santexnika) işləri ilə tanışlıq;
- Binalarda uyğunsuzluqları (nonconformance) yoxlamaq bacarığı;
- Təşkilatçılıq,ünsiyyət və komanda ilə işləmə bacarığı, çeviklik,detallara diqqət və etibarlılıq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 5-8 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













