PASHA Life
Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi
Son tarix 30 may 2023 - Müraciət et
Struktur bölmə: Anderraytinq və qiymətləndirmə departamenti,Qiymətləndirmə və portfel analizi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 29.05.2023-cü il.
Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərinin müəyyən edilməsi, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
- Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
- Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktuari kimi 1 il iş təcrübəsi tələb olunur;
- Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat, Maliyyə, Statistika, Aktuar ixtisasları üzrə balakavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta;
- Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi, MS Office Excel-VBA və SQL proqramlaşdırma bilikləri, Magistr dərəcəsinin olması, Rus dili biliklərinin orta səviyyədə olması.
- Kompüter bilikləri: MS Word: əla, MS PowerPoint: əla, MS Excel: orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.