PASHA Capital
İdarə Heyətinin Sədrinin köməkçisi (Personal Assistant)
Son tarix 06 apr 2026 - Müraciət et
“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.
Vəzifə öhdəlikləri:
- İdarə Heyəti Sədrinin gündəlik işlərini fəal şəkildə idarə etmək və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsinin təmin edilməsi;
- İdarə Heyəti Sədrinin bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
- Müvafiq kurasiya üzrə qərarların, tapşırıqların icrası barədə hesabatın verilməsi;
- İdarə Heyəti Sədrinin qonaqlarının müvafiq surətdə qarşılanması və hər zaman şirkətin nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi;
- Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstəyin göstərilməsi;
- Telefon zənglərini qeyd etmək, yönləndirmək və yazışmaları təqdim etmək;
- Gündəlik fəaliyyətlərin və İdarə Heyəti Sədrinin səyahət səfərlərinində aktiv iştirak, effektiv vaxt idarəedilməsinin təmin edilməsi;
- Sənədlərin İdarə Heyəti Sədrinə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
- İdarə Heyəti Sədri tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
- İdarə Heyəti Sədrinin tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyi göstərilməsi.
Tələblər:
- Təhsil: Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: 1-3 il;
- Xarici dillər: Azərbaycan, İngilis və Rus dilləri (səlis);
- Kompüter bilikləri: Microsoft Office, Word, Excel;
- Ofis idarəetmə sistemləri və prosedurları haqqında bilik;
- Əla təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
- Bir neçə işi anında görmə və gündəlik iş yükünü prioritetləmə bacarığı;
- Əla şifahi və yazılı kommunikasiya bacarığı;
- Məxfilik və konfidensiallıq; Stresə davamlılıq; Özünə nəzarət; Müddət mədəniyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












