PASHA Bank
Məhkəmə işləri üzrə Kiçik Mütəxəssis / Mütəxəssis
Son tarix 06 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın fəaliyyət göstərdiyi bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi, sənədlərin hüquqi analizi və Bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yüksək səviyyədə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yüksək səviyyədə qorunması;
- İcra prosesində Bankı təmsil edilməsi və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil edilməsi, müvafiq tədbirləri görməklə Bankın maraqlarının ən yüksək səviyyədə qorunması;
- Bank məhsullarının hüquqi ekspertizası;
- Bank fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar hüquqi problemlər yarandığı halda onların yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar hüquqi məsələlər yarandığı halda bununla bağlı Bank əməkdaşlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Ən az 1 illik peşəkar hüquqşünas təcrübəsi
- Xarici dil biliyi: Rus və ingilis
- Kompüter bilikləri: MS Office proqramları
- Digər:
- əsaslı hüquqi biliklər, yüksək analitik düşüncə;
- tədqiqat və araşdırma bacarıqları;
- detallara fikir vermə, strateji hədəfləri düşünmə qabiliyyəti və optimal həll yollarını tapmaq bacarığı;
- komanda işi və güclü ünsiyyət bacarıqları