PASHA Bank
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis
Son tarix 07 sen 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
- Bankın vergi siyasətinin tətbiq edilməsi;
- Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
- Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
- Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
- Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
- Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
- Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
- Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
- Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
- Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
- Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
- Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
- Təcrübə: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
- Xarici dil: ingilis, rus.
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
- Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
- Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Girovların İdarə Edilməsi üzrə Baş Mütəxəssis
Son tarix 07 sen 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması
- Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması
- Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icrası;
- Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası;
- Şərtlərə nəzarət və icrası (kredit verildikdən sonra bank tərəfindən müştəri üçün müəyyənləşdirilən şərtlərin həyata keçirilməsi);
- Qiymətləndirilmə şirkətlərinə nəzarət edilməsi, idarə və müşahidə olunması;
- Girovların sığortalanmasına nəzarət və koordinasiya;
- Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
- Requlyatorun tələblərə əsasən girov portfelinin idarə olunmasına nəzarət;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması
- Girov Portfelinin idarə edilməsi ilə bağlı digər məsələlər (SQO, rəhbər tərəfindən verilən tapşırıqların icra olunması. İcarə xərclərinin qiymətləndirilməsi, tikinti xərclərinin hesablanması/yoxlanılması, bankın digər struktur bölmələri tərəfindən verilən qiymətləndirilmə sifarişlərini baxılması və həyata keçirilməsi).
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 3 il
- Lisenziya / Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA F3, ACCA F9 üzrə sertifikatların olmasına üstünlük verilir.
- Xarici dillər: İngilis və ya Rus
- Kompüter bilikləri: MS Office, Excel, Word və s.
- Bazar üzrə biliklər: Tələb olunur
- Başqa tələblər: Daşınmaz əmlak, avadanlıqlar üzrə texniki biliklər, tikinti, əmlak bazarı, kəmiyyət üzrə araşdırma.