PASHA Bank
Likvidliyin idarə edilməsi üzrə analitik
Son tarix 24 avq 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Likvidlik əmsallarının proqnozlaşdırılması;
- Sövdələşmələrin maliyyələşdirilməsi üzrə dəstək və maliyyələşdirmə limitlərinə nəzarət;
- Nostro hesablarının gün ərzində idarə edilməsi;
- Qısamüddətli cəlbetmə və ya sövdələşmələri maliyyələşdirməsi üçün tariflərin təyin edilməsi;
- Likvidlik əmsallarına dair tənzimləyici hesabatların hazırlanması;
- LCR və NSFR-in proqnozlaşdırılması və təhlili;
- Pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması üçün riyazi modellərin işlənib hazırlanması;
- Likvidlik riskinin stress testi və perspektiv likvidliyin hesablanması;
- Likvidlik riskinin effektiv idarə edilməsi üçün daxili hesabatçılıq çərçivəsinin hazırlanması.
Sizdən nə tələb olunur?
- Təhsil: riyaziyyat, texnologiya və ya iqtisadiyyat üzrə təhsil.
- Təcrübə: müvafiq sahədə 2 il iş təcrübəsi.
- Xarici dil: ingilis (yaxşı)
- Kompüter bilikləri: "Microsoft Office" proqramları, Excel və VBA bilikləri.
- Bazar biliyi: balans hesabatı riskləri də daxil olmaqla bank işi üzrə biliklər; ehtimal və statistika nəzəriyyəsi, ekonometrika və zaman sıralarının təhlili üzrə biliklər.
- Digər: risklərin idarə edilməsi üzrə ümumi biliklər və güclü ünsiyyət bacarıqları.
Əsas Bank Sistemləri üzrə Kiçik Mütəxəssis
Son tarix 26 avq 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Əsas sistemlər və kənar proqram təminatı ilə bağlı dəstək göstərmək
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək
- Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Xarici dillər: İngilis dili (yaxşı);
- Kompüter bilikləri: PL/SQL, Development/Scripting bacarıqları;
- Başqa tələblər: Komandada işləyə bilmək. Yaxşı analitik bacarıqlar.
Ödəniş sistemləri ilə iş üzrə mütəxəssis
Son tarix 26 avq 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Gündəlik olaraq BKM, Kapital və Millikart üzrə fayl mübadiləsi zamanı yaranmış hesabatların əsasında müvafiq müxabirləşmələri icra etmək;
- Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
- Kart əməliyyatlarına aid bankın tranzit hesabları üzrə müvafiq müxabirləşmələr vermək və balansa çıxmaq;
- Aqreqatorlar üzrə tranzit hesabların qalıqlarına çıxılması və müvafiq müxabirləşmələrin verilməsi;
- Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi;
- Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi;
- Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Negativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi;
- Daim yenilənən prosesləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il
- Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: Bank kartları üzrə mövcüd olan Ödəmə sistemləri sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat
- Başqa tələblər: Kart sistemində işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarığı
Korporativ və KOS Müştərilərə Dəstək üzrə Assistent
Son tarix 26 avq 2023 Müraciət et
Təsvir:
- KOS müştərilərdən daxil olan zənglərin vaxtında və keyfiyyətli cavablandırması
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi .
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyatı struktur bölmələrə yönəldilməsi.
- Şikayət və təkliflər ilə iş: qeydiyyat , monitoring və müştərilərə cavabların təqdim edilməsi
- Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq bütün növ müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi. Xarici və daxili müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi.
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi
Tələblər:
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il
- Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyə), İngilis dili (orta səviyyə),
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, korporativ bankçılıq məhsulları
- Başqa tələblər: güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 25 avq 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi, Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması;
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi;
- Gecə saatlarında Şübhəli Əməliyyatlarının idarə edilməsi;
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi;
- Müvafiq Bank proqramı vasitəsi ilə real vaxt rejimində Bank-ın məhsul və xidmətlərdə yaranan ümumi problemlərin nəzarəti və müştərilərin məlumatlandırması;
- Müxtəlif alternativ kanallar vasitəsilə daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının idarə edilməsi (müştərilər üçün nəzərdə tutulmuş elektron ünvanı , Sosial mediya-dan daxil olan sorğular və s.) , Bankın bütün strukturlarına dəstəyin göstərilməsi (daxil olan sorğularının araşdırılması, gedən zənglər, sorğular);
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməs;
- Müştərilərə müxtəlif kanallar vasitəsi ilə (SMS, EMAİL, PUSH, FCDB) məlumatlandırmaların icra edilməsi;
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi;
- Yeni işçilərə təlimlərin keçirilməsində, mütəmadı olaraq yeni məhsul , xidmət və ya kampaniya ilə bağlı təlimlərin təşkil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, , Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı