PASHA Bank
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis
Son tarix 14 iyl 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması
- Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi
- Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi
- Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi
- Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi
- Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdilməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
- Dövri hesabatlığın hazırlanması
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikata üstünlük verilir
- Xarici dil: İngilis dili (səlis)
- Kompüter bilikləri: Microsoft Office
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Ekspert
Son tarix 14 iyl 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın Risk Strategiyasının, Risk İştahasının və Risklərin idarə edilməsi Siyasətinin hazırlanmasını təmin edir
- Risklərin Transformasiyası Planin icrasının və tədbirlər planının hazırlanması işinin təşkili
- Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi
- Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
- Risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi üzrə koordinasiya işinin təşkili
- Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi
- Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdilməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
- Dövri hesabatlığın hazırlanması
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikata üstünlük verilir
- Xarici dil: İngilis dili (səlis)
- Kompüter bilikləri: Microsoft Office
Məzmun Yaradıcısı (Content Creator)
Son tarix 14 iyl 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
- Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması və redaktə edilməsi;
- Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
- Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
- Daxili maraqlı tərəflərin sorğuları, tələbləri və ya məsələlərin baxılmağa təqdim edilməsi üçün əsas əlaqələndirici şəxs kimi xidmət göstərmək. Vaxtında və dəqiq cavabların verilməsi, istehlakçılarla açıq əlaqə kanallarının təmin edilməsi və müştəri gözləntilərinin idarə edilməsi;
- Məzmunun cəlbedicilik səviyyələrini müəyyən etmək üçün veb analitikanın izlənməsi;
- Bu sahəyə aid olan mövzulara dair araşdırmalar və həmçinin mövcud məzmunun təkmilləşdirilməli olan cəhətlərinin müəyyən edilməsi;
- Təmayülləri, əsas analitik nəticələri və təkmilləşdirilməli olan cəhətləri müəyyən etmək üçün analitika vasitələrindən istifadə edərək məzmun yaratma fəaliyyətinin səmərəliliyinin yoxlanması və təhlili. Məzmun strategiyalarını optimallaşdırmaq və ümumi əmək məhsuldarlığı göstəricilərini yüksəltmək üçün məlumatlara əsaslanan qərarların qəbul edilməsi;
- Məhsulların daha yaxşı başa düşülməsi üçün daxili heyətlər, müştərilər və sənaye ekspertləri arasında sorğuların keçirilməsi.
Sizdən nə tələb olunur?
- Marketinq, Kütləvi Məlumat Vasitələri, Jurnalistika, Biznes və ya hər hansı müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsi;
- Agentlikdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə iş təcrübəsi arzuolunandır;
- Nəşr olunmuş işlərin nümunələri;
- Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi;
- Müstəsna yazı, eləcə də redaktə bacarıqları;
- Kiçik yaradıcı mətnlər (məsələn, sosial media yazıları), eləcə də böyük məzmun nümunələri (məsələn, məhsul təsvirləri) yaratmaq bacarığı;
- Məzmun idarəetmə sistemindən (məsələn, WordPress) istifadə üzrə iş təcrübəsi;
- Açar sözlərin analizi və məzmunun optimallaşdırılması üzrə iş təcrübəsi;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Xırda təfərrüatlara böyük diqqət yetirmək bacarığı;
- Analitik düşüncə;
- Bank məhsulları ilə iş təcrübəsi.