PASHA Bank
Kiçik Məhsul Sahibi (İpoteka Kreditləri üzrə)
Son tarix 22 iyn 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Davamlı olaraq biznes keyslərin hesablanması, prosesin qurulması, İT üzrə tapşırıqların yazılması, marketinq, məhsulun təqdimatı üzrə inkişaf. Hazır məhsulların monitorinqi və yeni imkanların araşdırılması
- Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırması və həyata keçirilməsinin prognozlarının verilməsi
- Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması
- Fərdi müştərilər üçün olan məhsul pasportlarının hazırlanması və ehtiyac duyulduqda onların yenilənməsi
- Daxili və xarici tərəfdaşlar ilə işin qurulması. Dövlət ipoteka, MİDA ilə əlaqədar işlərin aparılması
- Daxili data və statistika üzərindən trendlərin, müştəri seqmentlərinin, müəyyən edilərək çarpaz satışlar üçün məhsullalrın yaradılması
- Müştəri seqmentinə uyğun olaraq daima portfelin analiz edilməsi
- Məhsulun gəlirliyi,göstəricilər üzrə ehtimalın,xərclər və gəlirlilik üzrə hesabatlaırn hazırlanması
- Müştərilər üçün xüsusi təkliflərin hazırlanması,endirimlərin olunması, bundle məhsulların və marketinq kampaniyalarının digər strukturlarla əməkdaşlıq etməklə hazırlanması
- Marketinq araşdırması (müştəri sorğusu, istehlak kreditləri üzrə bazar araşdırması və müştəri məmnuniyyəti üzrə rəylər və s.)
- İşçilər üçün təlimlərin keçirilməsi (Virtual dəstək, Filiallar və s.)
- İpoteka kredit portfelinin marketinq kampaniyaları əsasında artırlması (kampaniya nəticələri, mükafatlar)
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadi və buna bənzər digər bakalavr təhsili
- İş təcrübəsi: istehlak kreditləri üzrə 1-3 il təcrübə
- Xarici dil: İngilis (səlis), Rus (arzu olunan)
- Kompyuter bacarığı: Microsoft Office
- Məhsul üzrə biliklər: Fərdi Bankçılıq üzrə məhsullar
- Bazar üzrə biliklər: İstehlak kreditləri və requlativ (ARMB) tələblər
- Digər: Satış bacarığı
Kiçik İR Biznes Patrnyor (Müvəqqəti)
Son tarix 19 iyn 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Vəzifə təlimatların hazırlanması və saxlanılması
- İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı menecer ilə tərəfdaşlıq
- Əməkhaqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə edilməsində iştirak
- Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi
- Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarım illik baxış, 360 qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma
- Əmək münasibətləri məsələlərinin həll edilməsi
- Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək
- İR layihələrində aktiv iştirak etmək
- Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə etmək
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
- Tələb olunan iş təcrübəsi: minimum 1 il (işə qəbul, təlim və ya digər İR sahələri)
- Xarici dillər: İngilis (səlis), rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (İşə qəbul, Fəaliyyətin qiymətləndirilməsi, Təlim və İnkişaf, Güzəşt və Mənfəət)
- Bazar üzrə biliklər: Əmək məcəlləsi
- Başqa tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Hesab və Ödəniş Xidmətləri üzrə Kiçik Məhsul Sahibi
Son tarix 19 iyn 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi
- Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və proseslərin effektivliyin artırılmasını təmin etmək ilə məhsul dövriyyəsinin və gəlirliyinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi
- Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
- “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi
- Məhsulun xüsusiyyətləri haqqında ilkin bilik və bacarıqlarının komanda daxilində bölüşdürməsi
- Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi
- Məhsul üzrə formalaşa biləcək Risk, Audit və Komplayns pozulmalarına cavabdehdir
- Funksional sahə lideri və Hesab və ödəniş xidmətləri üzrə lider tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
- Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.) Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq.
- İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 1-2 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
Müdaxilə Testləri üzrə Baş Mütəxəssis (Penetration testing)
Son tarix 18 iyn 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müdaxilə testləri, fişinq,red teaming testlərinin aparılmasına məsul olmaq;
- Kod yoxlanılmasına məsul olmaq;
- DevSecOps praktikaların tətbiq olunması üzrə məsul olmaq;
- Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi;
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
- Təhlükəsizlik tələbləri, təhdid modellədirmə və onun rəqəmsal məhsul və xidmətlərdə sənədləşməsinə məsul olmaq;
- İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
- Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 3 il
- Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır.
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: MS Office Excel
- Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.