PASHA Bank
128
İnzibatçılıq Şöbəsinin Rəhbəri
Son tarix 05 iyn 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın struktur bölmələri üçün komfortlu iş mühitinin yaradılması məqsədilə bina və qurğuların işlək vəziyyətdə saxlanılması
- Generator və digər avadanlıqların fasiləsiz işinə nəzarət (su nasosları, transformatorlar, ventilyasiya, liftlər və s.)
- Bankın struktur bölmələrinə effektiv texniki və inzibati dəstəyin verilməsinin təmin edilməsi, qəbul olunan sorğulara vaxtında və effektiv cavab verilməsi
- Xidmət heyətinin (xadimələr, texniklər və s.) fəaliyyətlərinin təşkili və nəzarət
- Tikinti və təmir işlərinin keyfiyyət və smeta xərclərinin monitorinqi
- Bank əmlakının effektiv formada inventarlaşdırılmasına nəzarət
- Bankın zəruri maddi-texniki baza ilə təmin edilməsi
- Logistika və daşınmanın təmin edilməsi
- Binaların icarə və sığortalarının idarə edilməsi
- Əməkdaşlar və qonaqlar üçün nəqliyyat vasitəsinin idarə edilməsi dəstəyinin təmin edilməsi
- Dövlət təşkilatları ilə inzibati və idarəetmə məsələləri ilə bağlı əlaqələrin qurulması
- Bankın biznes əməliyyatlarının asanlaşdırılması məqsədilə inzibati məlumatın rahat və adekvat yayılmasının təmin edilməsi
- Daşıma və nəqliyyat vasitələri parkının effektivliyi üzərində nəzarət; məqsədəuyğun olduqda, gündəlik istifadə üçün nəqliyyat vasitələrinin və sürücülərin qrafikə salınması, yanacaq təminatı və müntəzəm texniki xidmətin təşkili
- Daşınar və daşınmaz əmlakla bağlı icarə, kirayə, müqavilələrinin hazırlanmasında iştirak, müqavilələrinin rəmiləşdirilməsinin təşkili
- Bankın əmlakının idarə edilməsi, əmlakın satışının təşkil edilməsi
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, mühəndislik və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Xarici dillər: İngilis dili (yaxşı)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Tikinti və texniki biliklər.
- Bazar biliyi: Xərclər, xidmət şirkətləri.
- Digər biliklər: Liderlik, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Kiçik Məhsul Sahibi (İpoteka Kreditləri üzrə)
Son tarix 05 iyn 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Davamlı olaraq biznes keyslərin hesablanması, prosesin qurulması, İT üzrə tapşırıqların yazılması, marketinq, məhsulun təqdimatı üzrə inkişaf. Hazır məhsulların monitorinqi və yeni imkanların araşdırılması
- Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırması və həyata keçirilməsinin prognozlarının verilməsi
- Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması
- Fərdi müştərilər üçün olan məhsul pasportlarının hazırlanması və ehtiyac duyulduqda onların yenilənməsi
- Daxili və xarici tərəfdaşlar ilə işin qurulması. Dövlət ipoteka, MİDA ilə əlaqədar işlərin aparılması
- Daxili data və statistika üzərindən trendlərin, müştəri seqmentlərinin, müəyyən edilərək çarpaz satışlar üçün məhsullalrın yaradılması
- Müştəri seqmentinə uyğun olaraq daima portfelin analiz edilməsi
- Məhsulun gəlirliyi,göstəricilər üzrə ehtimalın,xərclər və gəlirlilik üzrə hesabatlaırn hazırlanması
- Müştərilər üçün xüsusi təkliflərin hazırlanması,endirimlərin olunması, bundle məhsulların və marketinq kampaniyalarının digər strukturlarla əməkdaşlıq etməklə hazırlanması
- Marketinq araşdırması (müştəri sorğusu, istehlak kreditləri üzrə bazar araşdırması və müştəri məmnuniyyəti üzrə rəylər və s.)
- İşçilər üçün təlimlərin keçirilməsi (Virtual dəstək, Filiallar və s.)
- İpoteka kredit portfelinin marketinq kampaniyaları əsasında artırlması (kampaniya nəticələri, mükafatlar)
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadi və buna bənzər digər bakalavr təhsili
- İş təcrübəsi: istehlak kreditləri üzrə 1-3 il təcrübə
- Xarici dil: İngilis (səlis), Rus (arzu olunan)
- Kompyuter bacarığı: Microsoft Office
- Məhsul üzrə biliklər: Fərdi Bankçılıq üzrə məhsullar
- Bazar üzrə biliklər: İstehlak kreditləri və requlativ (ARMB) tələblər
- Digər: Satış bacarığı
Kiçik Məhsul Sahibi (KOS)
Son tarix 05 iyn 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi.
- Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması.
- Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması.
- Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq.
- Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq.
- Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək.
- Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
- Təşkilat daxilində həll yollarını asanlaşdırır; Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edir.
- Bazar araşdırması edir və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirir.
- Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq edir: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s..
- Texniki həlləri və onların müştərinin ehtiyaclarına necə dəstək göstərdiyini başa düşülməsi;
- Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya.
- Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşuraların, təlimatların hazırlanması.
- Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.
- Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
Sizdən nə tələb olunur?
- 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
- Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı
- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspertin anlayışına malik olmaq.
- Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
- Komandada işləmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Konfliktlərin idarəedilməsi;
- Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
- Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;
- Azərbaycan dili – səlis
- İngilis dili – orta (min. Intermediate)