PASHA Bank
Regional Satış şöbəsinin Müştəri Meneceri Assistenti
Son tarix 19 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
- Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti). Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Sazişlərin icnası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqıli şöbələrin son tarixə rıayətinə nəzarəti);
- Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunu yoxlamaq;
- Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət;
- İnzibati dəstək (Xərclər hesabatının hazırlanması, Ezamiyyətlərin təşkili).
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 0-1 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 13 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi , Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması.
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi.
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi.
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi.
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi.
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi.
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: Orta və ya İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
Son tarix 13 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
- Bankın hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
- Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihələrinin hazırlanması;
- Bankın xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
- Bankın daxili qaydalarının, siyasətlərinin, məhsullarının, prosedurlarının hazırlanmasında, yenilənməsində, təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
- Bankın inzibatçılarının və digər əməkdaşlarının müvafiq attestasiyadan keçmələri üçün hüquqi dəstəyin təmin edilməsi;
- Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin fəaliyyəti və onlara dair müvafiq lisenziyaların/icazələrin alınması üçün hüquqi dəstəyin təmin edilməsi;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il maliyyə sahəsində peşəkar hüquqşünas təcrübəsi
- Xarici dillər: Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
- Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları, Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı.
Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
Son tarix 13 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası;
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il peşəkar hüquqşünas təcrübəsi
- Xarici dillər: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
- Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları, Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı; Tədqiqat, araşdırma və analitik bacarıqlar
Korporativ İdarəetmə və Hesabatçılıq üzrə Kiçik Mütəxəssis
Son tarix 12 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- İdarə heyətinin sədri tərəfindən təqdim edilən etibarnamə və əmrlərin hazırlanması, qeydiyyata alınması, icraya yönəldilməsi və mütəmadi olaraq arxivləşdirilməsi;
- Bankın İdarə heyəti üzvlərinə lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsi;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatı, onların təyin edilən zaman çərçivəsində yerinə yetirilməsi və aidiyyəti üzrə göndərilməsi, artıq icra edilmiş sənədlərin sistemləşdirilərək mühafizə edilməsi və müəyyən edilmiş zaman ərzində arxivə təhvil verilməsi;
- Bank nəzarət orqanları ilə rəsmi əlaqə kanallarının qurulması, müraciət və sorğuların koordinasiya edilməsi və vaxtı-vaxtında cavablandırılmasında baş mütəxəssisə dəstək;
- Mütəmadi hesabatların hazırlanması;
- Bankın departamentləri ilə İdarə heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə menecerə dəstək.
Sizdən nə tələb olunur?
- Təhsil: hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr təhsili.
- Təcrübə: 1-2 il.
- Xarici dil: ingilis və rus dili biliyi arzu ediləndir.
- Kompüter bilikləri: "Microsoft Office" proqramları.
- Məhsul üzrə biliklər: elektron sənəd dövriyyəsi, sənədli əməliyyatlar
Maliyyə Nəzarəti üzrə Baş Mütəxəssis
Son tarix 12 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Portfellərin və digər aktivlərin / öhdəlik hesablarının düzgünlüyünə nəzarət;
- Təqdim edilən maliyyə məlumatlarının düzgünlüyünün, bütövlüyünün təmin edilməsi;
- Kredit, depozit və qiymətli kağız portfellərinin maliyyə uçotuna nəzarət, uyğunsuzluqların aşkar ediləcəyi təqdirdə, müvafiq funksiyalara tövsiyələrin verilməsi;
- Digər aktivlərin və öhdəlik qalıqlarının düzgün tanınması, uyğunsuzluqların aşkar ediləcəyi təqdirdə müvafiq funksiyalara tövsiyələrin verilməsi;
- Debitor borclarının vaxtında toplanılmasına nəzarət;
- Kredit borclarının vaxtında ödənilməsinə nəzarət;
- Gəlir və xərclərin düzgün maliyyə dövründə tanınmasına nəzarət;
- Proseslərin avtomatlaşdırılması və bununla bağlı tövsiyələrin verilməsi;
- Daxili müştərilərin sorğu və suallarının gündəlik əsasda cavablandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
- Təcrübə: müvafiq sahədə 3-5 il iş təcrübəsi.
- Xarici dil: ingilis (yaxşı), rus (yaxşı).
- Kompüter bilikləri: "Microsoft Office" proqramları.
- Məhsul biliyi: bank məhsulları üzrə biliklər.
- Digər: Mərkəzi Bankın tələbləri üzrə biliklər.
- Üstünlük verilir: ACCA / CFA sertifikatların mövcudluğu əlavə üstünlükdür.