PASHA Bank
Məhkəmə İşləri üzrə Baş Mütəxəssis
Son tarix 19 fev 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
- Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Maliyyə sahəsində 4-5 il
- Xarici dil biliyi: Rus və ingilis
- Kompüter bilikləri: MS Office proqramları
- Digər: Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları
Satınalmalar üzrə Şöbə Rəhbəri
Son tarix 19 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanmasının təmin edilməsi
- Tenderlərin müvafiq prosesə uyğun aparılmasına nəzarət və birbaşa icra
- Strateji layihələrin Satınalma tərəfindən iradə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasında dəstək
- Düzgün qiymət/ düzgün təchizatçı prinsipinə uyğun bank daxili fəaliyyətinin tənzimlənməsi və icrasına nəzarət
- Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrası
- Satınalma siyasətinə uyğun olaraq təşkilat daxilində satınalma fəaliyyətinin idarə edilməsi
- Satınalmanın planlaşdırılması, hədəfin müəyyənləşdirilməsi prosesi və əlaqədar planlaşdırma
- Layihələrin, autsorsinq sövdələşmələrinin, təchizatçı müqavilələrin hazırlanması
- Bank daxili mövcud satınalma və əlaqəli proseslərin təkmilləşdirilməsi
- Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün kontragent yoxlama və nəzarətlərin həyata keçirilməsi
- Satınalma fəaliyyətlərinin sənədləşdirilməsi, müqavilələrin müddətinə nəzarət, təşəbbüskar tərəfindən tələb olunduqda müddətin uzadılması
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (satınalma)
- Lisenziya/ Sertifikat: CİPD/ CİPS üzrə diplom və ya oxşar
- Xarici dil: İngilis dili (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul biliyi: tələb olunur.
- Bazar biliyi: tələb olunur.
- Digər: Liderlik, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Maliyyə Analitiki
Son tarix 19 fev 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Maliyyə proqnozları, hesabat və əməliyyat göstəricilərinin izlənilməsi;
- Maliyyə məlumatlarının təhlili və qərarların dəstəklənməsi üçün maliyyə modellərinin yaradılması;
- Büdcələrin, proqnozlaşdırılan gəlir hesabatlarının və balans hesabatı da daxil olmaqla maliyyə məlumatlarının birləşdirilməsi və təhlili;
- Maliyyə və əməliyyat fəaliyyətinin seqment, müştəri, məhsul və gəlirlilik də daxil olmaqla təhlili;
- Hesabatların və mütəmadi olaraq liderlik rəylərinin hazırlanması;
- Keçmiş nəticələrin və variasiyanın təhlili;
- Tendensiyaların müəyyənləşdirilməsi və təkmilləşdirməsi üçün tövsiyələrin verilməsi;
- Trendlərin və proqnozların təhlili və optimallaşdırılması üçün tədbirlərin tövsiyyəsi;
- Dəqiq maliyyə hesabatını təmin etmək üçün Mühasibat və MIS komandası ilə sıx əməkdaşlıq;
- Standart və xüsusi hesabatların, alətlərin və Excel tablosunun yaradılması da daxil olmaqla proses təkmilləşdirmələrinin müəyyən edilməsi və idarəsi;
- Avtomatlaşdırılmış hesabat, proqnozlaşdırma alətlərini inkişaf etdirməklə məhsuldarlığın artırılması;
- Bazar araşdırmasının aparılması və biznes kəşfiyyatının inkişaf etdirilməsi;
- Proqnozlar və modellər yaradan güclü maliyyə təhlili bazasının saxlanılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə Bakalavr təhsili
- İş təcrübəsi: 1-3 illik biznes maliyyəsi və ya digər müvafiq sahədə təcrübə
- Lisenziya / Sertifikat: ACCA və ya ekvivalent sertifikat
- Digər:
- Maliyyə modelləşdirmə texnikalarında yüksək bacarıq
- Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı
- Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları
- Zamanın düzgün idarə edilməsi və təşkilatçılıq qabiliyyəti;
Middle Front End Developer
Son tarix 19 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “frontend” mühəndislik praktikasının gücləndirilməsi;
- İstifadə interfeysinin yaradılması və rəqəmsal məhsulların istifadəyə uyğun təcrübəsinin hazırlanması;
- Komandada digər “frontend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
- Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizayner və “backend” proqramçılar ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
- UX/UI tələblərinə uyğun, istifadəyə rahat, inkişaf edən və səhvə davamlı proqramların yaradılması;
- Dəqiqlik və funksionallıq üçün kodlara nəzarət;
- İstənilən maneələri aradan qaldırmaq və çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
- Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
Təhsil: Ali
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində 3-5 il
Xarici dillər: İngilis
Komputer bilikləri:
- HTML, CSS, Javascript, React, Typescript üzrə mükəmməl bilik
- İstifadəçi əlaqəsi və dizayn, prinsip və standartları haqqında anlayış
- Verilənlərin strukturu və alqoritm biliyi
- Verisya idarə edilməsi: GIT (Github)
Məhsul üzrə biliklər:
- JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
Digər:
- Yüksək idarəçilik, ünsiyyət və hesabat bacarıqları
Üstünlük verilir:
- Kodun yenidən işlənməsi
- Dizayn nümunələri və dizayn yönümlü inkişaf
- Domain yönümlü dizayn
- CI/CD və yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi
Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis
Son tarix 16 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
- Komplayns sahəsində bank əməkdaşlarının məlumatlandırılması;
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qayda və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi;
- Requlyator tələblərin vahid bir reyestrdə əks etdirilməsi və mütəmadi dəyişikliklərin müvafiq reyestrdə dərhal yenilənməsi;
- Bankda yeni yaradılan və ya mövcud daxili qayda, proses, siyasət və təlimatlarda, eyni zamanda məhsul passportu, ərizə və tariflərdə requlyatorun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Biznes mərkəzlərindən və digər departamentlərdən daxil olmuş komplayns tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
- Səlahiyyətli orqanlardan daxil olan sorğuların vaxtında cavablandırılması və məlumat mübadiləsinin təşkili;
- Bankda mövcud və ya yeni yaradılan digital məhsul üzrə requlyatorun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
- Bankda mövcud prosesin hər hansı bir addımının avtomatlaşdırılması üzrə requlyator tələblərin pozulmasının müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Komplayns sahəsində siyasət və prosedurların hazırlanması və həmin proseslərdə iştirak;
- Bankda hər hansı bir prosesin stess testi zamanı proses üzrə addım requlyatorunun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Bankın strukturlarından daxil olmuş sorğu requlyatorunun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Komplayns ilə əlaqəli məsələlərin bank əməkdaşlarına kommunikasiya edilməsi;
- Bankdaxili proseslərin qanunvericiliyə uyğunluğunu üzrə yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, Hüquq və ya digər uyğun sahədə ali təhsil
- İş təcrübəsi: .Minimum 3 il bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində təcrübənin olması üstünlükdür)
- Lisenziya / Sertifikat: Komplayns və ya audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür
- Xarici dillər: İngilis (səlis), rus (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Digər: Bankın fəaliyyəti ilə əlaqəli ölkədaxili qanunvericilik üzrə biliklər
- Davranış məcəlləsi
- Maraqların toqquşması mövzusu
Senior Back End Developer
Son tarix 17 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
- Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
- Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
- Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
- Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
- “Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
- Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
- Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il
Xarici dil: İngilis
Texniki biliklər:
- Java, Kotlin, Golang, Python, Javascript (Node.js) və digər proqramlaşdırma dillərindən hər hansı birini mükəmməl səviyyədə bilmək
- Data strukturları və alqoritmlər üzrə biliklər
- Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər
- Verilənlər bazası üzrə biliklər (RDBMS & NoSQL)
- Microservice arxitekturası, web servislər üzrə biliklər
- Sinxron ve asinxron mesajlaşma texnologiyaları üzrə biliklər (REST, Message Queueing, RPC/gRPC)
- Avtomatlaşdırılmış testlər ve CI/CD üzrə biliklər
- Containerization və orchestration texnologiyaları üzrə biliklər
- Git ilə işləmə bacarığı
Məhsul üzrə biliklər:
- JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
- Agile metodologiyaları ilə tanışlıq (Scrum, Kanban)
Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları
Üstünlük verilir:
- Bankçılıq təcrübəsi
- Kodun yenidən işlənməsi
- Dizayn nümunələri
- Dizayn yönümlü inkişaf
- Domain yönümlü dizayn
- Proqram təhlükəsizliyi