PASHA Bank
Təşkilati Inkişaf üzrə Baş Mütəxəssis
Son tarix 10 yan 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Əməkdaşların və komandaların işinin məhsuldarlığının artırılması;
- Təşkilatı inkişaf üçün zəruri olan proses, siyasət və proseduraların qurulmasında iştirak;
- Proses, siyasət və proseduralardan istifadə edərək Bank üzrə istedadların idarəedilməsinin ən effektiv şəkildə təmin edilməsi;
- Bankın yüksək potensial (HİPO) və davamçılıq siyasəti üzrə prosesin qurulması, ehtiyac olduqda dəyişikliklərin edilməsi, icrasının təmin edilməsi və monitorinqi;
- Bankın HİPO və davamçılıq siyasəti üzrə təyin olunan davamçıların (successors) təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi, bu istiqamətdə həm bankdaxili digər struktur vahidlərlə əməkdaşlığın təmin edilməsi, həm də korporativ mərkəz tərəfindən gələn tapşırıqların idarəedilməsi;
- Korporativ mərkəzlə bütün təşkilatı inkişaf prosesləri barədə sıx əməkdaşlığın təmin edilməsi, gələn tapşırıqların icrası;
- Bank üzrə karyeranın inkişafı prosesinin qurulması və təlim və inkişaf prosesi ilə əlaqələndirilməsi; təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələrin və proseslərin icrası;
- Karyeranın inkişafı və dəyişikliyi yönümlü məktəb və “bootcamp"ların planlanması, digər Tİ mütəxəssisi ilə birgə kurrikulumların tərtibatı və icrasının təmin edilməsi;
- Kurasiya üzrə təşkilatı inkişaf proseslərindən işçi məmnuniyyət səviyyəsinin təqib edilməsi və rüblük əsasda ölçülməsi;
- Tİ prosesləri üzrə rəqəmsal həllər yolunun araşdırılması və yeni təkliflərin irəli sürülməsi (İR sahəsində beynəlxalq trendlərin izlənilməsi və ən az ildə 2 dəfə komandalara təqdimatların keçirilməsi);
- İşçilərin inkişaf planına uyğun olaraq təlim proqramlarının araşdırılması və təmin edilməsi;
- Fəaliyyətin idarəedilməsi prosesinin təşkili: İR Biznes partnyorluq komandasına Tİ kurasiya üzrə dəstəyin göstərilməsi; prosesin icrası çərçivəsində sualların vaxtında cavablandırılması, həllini tapmayan sualların fəaliyyətin idarəedilməsi prosesinin sahibinə yönləndirilməsi;
- Təşkilatı struktur üzrə dəyişikliklərin icrası, lazımlı təqdimatların hazırlanması, iş analizi formasının doldurulmasının təmin edilməsi; təşkilatı strukturun yenilənməsi prosesinin icrası;
- İş analizinin vaxtında yerinə yetirilməsi; iş analizi prosesinin şəffaflaşdırılması məqsədilə Tİ şöbə rəhbəri tərəfindən təsdiq olunan tədbirlər planının icrası.
- Təşkilati inkişaf üzrə data keyfiyyətinin təmin edilməsi: bütün proseslər üzrə lazımlı bazalara vaxtında məlumatın daxil edilməsi və hər kəs üçün əlçatan/ görünən olmasının təmini:
- Avans / tələbnamələrin düzgün yerləşdirilməsi;
- Təlim sifarişlərinin proseslə müəyyən edilmiş qaydada açılması;
- Təlim ehtiyaclarının qarşılanması ilə bağlı aylıq hesabatın sistemə daxil edilməsi;
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi, MBA).
- Təcrübə: İstedadların idarəedilməsi, karyeranın idarəedilməsi, fəaliyyətin idarəedilməsi, təlim və inkişaf, və ya digər İR sahələrində minimum 4-5 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili (səlis), rus (yaxşı).
- Kompüter bilikləri: Microsoft Office (Power Point, Excel).
- Məhsul biliyi: İstedadların idarəedilməsi siyasəti üzrə biliklər.
- Bazar biliyi: Təlim və inkişaf, karyeranın idarəedilməsi, "design thinking", İR üzrə "Agile governance".
- Digər: ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünüinkişafı təbliğ etmək bacarığı, liderlik və komanda işi bacarığı.
- Üstünlük verilir: SHRM, CİPD, PMP sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis
Son tarix 09 yan 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
- Komplayns sahəsində bank əməkdaşlarının məlumatlandırılması;
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qayda və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi;
- Requlyator tələblərin vahid bir reyestrdə əks etdirilməsi və mütəmadi dəyişikliklərin müvafiq reyestrdə dərhal yenilənməsi;
- Bankda yeni yaradılan və ya mövcud daxili qayda, proses, siyasət və təlimatlarda, eyni zamanda məhsul passportu, ərizə və tariflərdə requlyatorun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Biznes mərkəzlərindən və digər departamentlərdən daxil olmuş komplayns tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
- Səlahiyyətli orqanlardan daxil olan sorğuların vaxtında cavablandırılması və məlumat mübadiləsinin təşkili;
- Bankda mövcud və ya yeni yaradılan digital məhsul üzrə requlyatorun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
- Bankda mövcud prosesin hər hansı bir addımının avtomatlaşdırılması üzrə requlyator tələblərin pozulmasının müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Komplayns sahəsində siyasət və prosedurların hazırlanması və həmin proseslərdə iştirak;
- Bankda hər hansı bir prosesin stess testi zamanı proses üzrə addım requlyatorunun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Bankın strukturlarından daxil olmuş sorğu requlyatorunun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
- Komplayns ilə əlaqəli məsələlərin bank əməkdaşlarına kommunikasiya edilməsi;
- Bankdaxili proseslərin qanunvericiliyə uyğunluğunu üzrə yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, Hüquq və ya digər uyğun sahədə ali təhsil
- İş təcrübəsi: .Minimum 3 il bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində təcrübənin olması üstünlükdür)
- Lisenziya / Sertifikat: Komplayns və ya audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür
- Xarici dillər: İngilis (səlis), rus (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Digər: Bankın fəaliyyəti ilə əlaqəli ölkədaxili qanunvericilik üzrə biliklər
- Davranış məcəlləsi
- Maraqların toqquşması mövzusu
Müxbir Hesablar və Klirinq üzrə Kiçik Mütəxəssis (analıq məzuniyyəti)
Son tarix 09 yan 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq maliyyə və müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi.
- Təsdiq edilmiş limitlər çərçivəsində bütün sifarişlərin, əməliyyatların və müştəri tələblərinin icrasının təmin edilməsi.
- Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi.
- Daxil olan və köçürülən müştəri ödənişlərinin, müraciətlərinin icra edilməsində sənədlərin düzgün hazırlanması, ödəniş sistemlərində və bank sistemində növbəti icralarla bağlı məlumatların düzgünlüyünün və yetərliliyinin yoxlanılması.
- Daxil olan ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və tələb olunan hesablarda həmin məbləğlərin vaxtında öz əksini tapması. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq addımların atılması və vaxtında düzgün icrasının təmin olunması.
- Əməliyyatların icrası zamanı problemli məsələlərin müəyyənləşdirilməsi, müvafiq addımların atılması və müvafiq struktur bölmələrə hesabat verərək daxili qayda və prosedurlara uyğun şəkildə baş mütəxəssis ilə birlikdə onlarla bağlı vaxtında qərar qəbul edilməsi.
- Ödənişlərlə bağlı banklardan daxil olan bütün sorğuların XSM icra edilməsi, iddiaların səbəbinin aydınlaşdırılması, müvafiq şöbələrin və müştərilərin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemləri aradan qaldırmaq üçün həlli yollarının axtarılması. Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün müştəri ilə əlaqənin yaradəlması, məlumatın toplanması, hazırlanması və daxili qaydalar çərçivəsində müxbir banka təqdim edilməsi.
- XSM-nə görə, rekvizitlərə dəyişikliklər etmək və ya gecikmələrin səbəbini müəyyənləşdirmək üçün müştəri ödənişləri əlaqədar Biznes Mərkəzləri və digər struktur bölmələrdən gələn tələblərin vaxtında cavablandırılması və icrası, problemlərin müəyyənləşdirilməsi və ehtiyac olduqda müştərilərin onların həlli yolları ilə təmin edilməsi.
- Ödənişlərin müxbir münasibətlərdə effektiv idarə edilməsi prosesinə dəstəyin göstərilməsi.
- Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtında və dəqiq icrasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması.
- Müştəridən daxil olan şikayətlərin idarə edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün baş mütəxəssis ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması.
- Şöbə daxilində prosedurların inkişafı və optimallaşdırılmasında iştirak.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il
- Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Ödəniş sistemləri sahəsində təcrübə
- Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis
Son tarix 09 yan 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
- Bankın vergi siyasətinin tətbiq edilməsi;
- Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
- Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
- Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
- Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
- Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
- Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
- Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
- Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
- Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
- Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
- Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
- Təcrübə: müvafiq sahədə 1-3 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili, rus.
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
- Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
- Digər: İFRS biliyi.
- Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Satınalma üzrə Mütəxəssis
Son tarix 09 yan 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi;
- Bankın satınalma / təchizat zənciri ehtiyaclarının qarşılanması;
- Təyin edilmiş kateqoriya çərçivəsində təchizatçıların qiymətləndirməsi və seçimi proseslərinin idarə edilməsi;
- Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştərilərin idarə edilməsi; istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədi ilə daxili müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmə;
- Satınalma və təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
- Bank tərəfindən qoyulan qənaət gözləntisinin icra edilməsi;
- Satınalma fəaliyyəti, sifarişlərin icra edilməsi, digər kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
- Yüksək nəticələri əldə etmək məqsədilə səmərəli müqavilə KPI-ları vasitəsilə E2E idarə edilməsi (kiçik və orta satınalma);
- Bankın siyasəti və proseduralarına uyğun olaraq kiçik və orta satınalmaya aid olan proseslər/metodların idarə edilməsi və bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- Təcrübə: satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili, rus.
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul biliyi: prosesin düzgün aparılması və malların, xidmətlərin seçilməsi üçün müvafiq məhsul kateqoriyası üzrə biliklər.
- Bazar biliyi: yerli bazarda müvafiq kateqoriya üzrə biliklər.
- Digər: komandada iş, analitik düşüncə və problem həll etmə, güclü ünsiyyət bacarıqları.
- Üstünlük verilir: satınalma sahəsində həm yerli təlim mərkəzlərində, həm də onlayn şəkildə əldə edilən sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Product Owner in Retail Banking
Son tarix 09 yan 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılması və idarəedilməsi;
- Müvafiq analitik vasitələrdən istifadə etməklə məhsul portfelinin müvəffəqiyyətlə idarəedilməsi;
- Fərdi Bankçılıq müştəriləri üçün yeni məhsullar yaratmaqla gəlirliliyinin artırılması;
- Məhsulların inkişafı üzrə mütəxəssis məhsullarının dəyərinin maksimum dərəcədə artırılması;
- Yerli və xarici tərəfdaşlarla, o cümlədən Beynəlxalq Ödəniş Sistemləri ilə əlaqələrin qurulması və saxlanılması;
- Əsas tərəfdaşlar və məhsul sponsorları ilə ünsiyyətin qurulması;
- Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili;
- Məhsullar üçün qəbul meyarlarının yaradılması;
- Müştəri yol xəritəsinin və məhsul yol xəritəsinin yaradılması;
- Məhsulların yaradılmasına görə məsuliyyət;
- Yeni və mövcud məhsulların dəyərinin artırılması və yüksək müştəri məmnuniyyətinin təmin edilməsinə yönəldilmiş fəaliyyət;
- Fərdi müştərilər üçün yeni məhsullar konsepsiyasının aidiyyatı olan ekspertlər ilə (İT, Risk) koordinasiya edilməsi;
- Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırılması və həyata keçirilməsi üzrə proqnozlarının təqdim edilməsi;
- Uğurlu beynəlxalq təşkilatlardan məhsulun inkişaf təcrubəsinin öyrənilməsi;
- Biznes işinin təşkil edilməsi; (məs. xərclərin qiymətləndirilməsi, mənfəətlilik və investisiyadan qayıdışın ölçülməsi, qəbul olunmuş standard və s.)
- Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması;
- Fərdi müştərilər üçün olan məhsul pasportlarının və proseslərin hazırlanması və ehtiyac olduqda yenilənməsi;
- Üçüncü tərəflər ilə münasib şərtlərin razılaşdırılması; (Beynəlxalq Ödəniş Sistemləri və s.)
- Seqmentlər və məhsullar səviyyəsində kommersiya planlaşdırılmasında və büdcələşdirməsində iştirak.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: 3-5 il
- Lisenziya / Sertifikat: PSPO, PSM sertifikatları
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər:
- Güclü analitik bacarıqlar
- Modelin simulyasiyası və məlumatların təhlili sahəsində bacarıq
- Billinq fakturaları və mübadilə haqları (interchange fees) daxil olmaqla kart biznesi təcrübəsi
- MasterCard və Visa beynəlxalq ödəniş sistemləri ilə iş təcrübəsi
- Kartla ödəniş infrastrukturu haqqında biliklər
- Rəqəmsal ödənişlər, fırıldaqçılığın idarəedilməsi və kart sistemləri üzrə normativ baza bilikləri
- Bank prosesləri haqqında ümumi biliklər
- PCI DSS standartları haqqında ümumi məlumat
- Kart məhsullarının satışa çıxarılması üzrə təcrübə
- “Agile” düşüncə tərzi