Müştəri xidmətləri Mütəxəssisi
Son tarix 12 okt 2022 - Müraciət et
Əsas vəzifə öhdəlikləri:
-
Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi.
-
Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması
-
Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
-
Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması.
-
Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi
-
Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası.
-
İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi
-
Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.
-
Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi.
-
Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması.
-
Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi.
-
Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq
-
Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Tələb olunan bilik, bacarıq və təcrübə:
-
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
-
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
-
Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
-
Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
-
Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
-
Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Digital Fraud Operations Assistant
Son tarix 28 okt 2022 - Müraciət et
İşiniz nədən ibarətdir?
-
Dələduzluq insidentlərinin idarəedilməsi;
-
Xarici və daxili müştəri dələduzluğu ilə bağlı şikayətlərə baxılması;
-
Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;
-
Kart kanalı üzrə mümkün və ya baş vermiş dələduzluq hadisələrinin vaxtında qarşısını almaq üçün lazımi məhdudlaşdırma tədbirlərinin daxili təlimatda öz əksini tapan SLA çərçivəsində bloklama mexanizmləri və ya qara siyahı/ağ siyahı vasitəsilə həyata keçirilməsi;
-
Kart müştəriləri üzrə şübhəli əməliyyatların və aktivliyin müəyyən edilməsi ilə bağlı zənglərin, yazışmaların və digər bildiriş metodları ilə məlumatlandırmaların həyata keçirilməsi;
-
Ekvayrinq əməliyyatlarının monitorinqi;
-
Ekvayrinq şəbəkəsində baş tutan şübhəli əməliyyatların sorğulanması ilə bağlı yerli və xarici banklarla yazışmaların həyata keçirilməsi və prosesin izlənilməsi;
-
Rəhbər tərəfindən verilən yazılı və şifahi tapşırıqların və vəzifələrin icrası.
Sizdən nə tələb olunur?
-
Təhsil: İqtisadiyyat, İT, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili
-
Xarici dillər: İngilis (orta), Rus dili (orta)
-
Komputer bilikləri: Verilənlərin analiz alətləri (Excel) və digər ofis proqramları (Word, PowerPoint və s.)
-
Məhsul üzrə biliklər: Kart məhsulları və digər bank məhsulları (arzuolunandır)
-
İş təcrübəsi: Tələb olunmur