PASHA Bank
Bazar Riskləri üzrə Mütəxəssis
Son tarix 10 okt 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi və idarəedilməsi;
- Hesabat hazırlamaq üçün proseslərin, alətlərin və sistemlərin tətbiqi də daxil olmaqla bazarın və likvidlik riski funksiyasının bəzi aspektlərinin icrası;
- Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək verilməsi; (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
- Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasının təmin edilməsi;
- Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarəti və dəstəklənməsi;
- Bankın daxili bazar risk modelləri əsasında daxili hesabatların idarəedilməsi; (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
- Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət;
- İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət;
- Bankın daxili qayda, proses, siyasət, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
- Digər: Bazar üzrə biliklər
- Bankın bazar və likvidlik risklərinin idarəedilməsinə aid olan daxili siyasət və prosedurları barəsində məlumatlılıq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Bazar Riskləri üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Layihə Meneceri / Baş Layihə Meneceri
Son tarix 10 okt 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Strateji təşəbbüs portfoliosunun səmərəli şəkildə reallaşdırılması;
- Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks İT və ya biznes təşəbbüsləri proqramlarının idarəedilməsi;
- Strateji plan, məqsəd, təşəbbüs və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
- Proqramın strateji məqsədlərinin həyata keçirilməsi və onun dəstəkləməsi üçün çoxsaylı layihələrin idarəedilməsi;
- Təşəbbüslərin icrasının, proqram, proqram elementlərinin və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
- Təşəbbüslərin icrasında boşluqların, ziddiyyətlərin müəyyənləşdirilməsi və İdarə Heyətinə şəffaf şəkildə təqdim olunması;
- İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
- Proqramın müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarəedilməsi barədə hesabatların hazırlanması;
- Layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;
- Əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə;
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Baş mütəxəssis üçün müvafiq sahədə minimum 2-5 il / Mütəxəssis üçün 2 ildən artıq
- Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı
- Xarici dillər: İngilis (səlis), Rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).
- Məhsul üzrə biliklər: Biznes texnologiyaları üzrə təcrübə
- Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru
- Digər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər
- Şəxsi münasibətlərin qurulması və idarə etmək bacarığı
- Güclü ünsiyyət bacarığı (yazılı və şifahi)
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Layihə Meneceri / Baş Layihə Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur.
Məhkəmə İşləri üzrə Hüquq Mütəxəssisi / Baş Hüquq Mütəxəssisi
Son tarix 10 okt 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
- Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Maliyyə sahəsində hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
- Xarici dil biliyi: Rus və ingilis
- Kompüter bilikləri: MS Office proqramları
- Digər: Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda ‘Məhkəmə İşləri İstiqaməti üzrə Hüquq Mütəxəssisi/Baş Hüquq Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.