PASHA Bank
Receptionist
Son tarix 05 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Həm xarici, həm də daxili müştərinin müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
- Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmət və məhsullarla əlaqəli lazımi tədbirlərin görülməsi;
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində icrası;
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatların məxfiliyinin qorunması məqsədilə bütün lazımi proseslərin icrası;
- İcra olunan bütün əməliyyatların bankın Komplayns tələblərinə uyğunluğunun təmin edilməsi;
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və müvafiq struktur bölmələrə yönəldilməsi;
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
- Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
- Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
- Filial rəhbəri və filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
- Bank standartlarına uyğun məktubların hazırlanması, filialla əlaqəli məktubların qəbulu və göndərilməsi;
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və müvafiq bölmələrə göndərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il
- Dil bilikləri: İngilis dili (orta), Rus dili (orta), Azərbaycan dili (əla)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
- Digər: İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Qarşılama üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur.
Junior Cashier
Son tarix 11 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Daxil olmuş pulların sayılması;
- Sənədlər əsasında nağd pul vəsaitlərinin inkassatorlara ötürülməsi və təhvil alınması;
- Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi;
- ABS-də müxabirləşmələrin aparılması;
- Şöbənin kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi;
- Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsi haqqında sənədlərin çapı və bu sənədlərə əsasən kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi;
- Müştəridən gələn şikayət və təkliflər barədə müvafiq bölmələrə və ya birbaşa rəhbərə məlumat təqdim edilməsi;
- Filialda yerləşən ATM, AVMQ və bankın digər avadanlıqlarının boşaldılması və doldurulması;
- Müştəri müraciətinə və rəhbərin göstərişi ilə inkassasiya briqadası ilə inkassasiyada iştirak;
- Avadanlıqların işlək vəziyyətdə olub olmamasına nəzarət edilməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) əməl etmək və onların pozulmasına görə cavabdehlik;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində birbaşa rəhbərin məlumatlandırılması;
- Baş xəzinədar və digər rəhbərlər tərəfindən verilən şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat sahəsi üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Xəzinə və ya Bank sahəsində 1 il
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
- Kompüter bilikləri: Word, Excel, Outlook
- Məhsul üzrə biliklər: Nağd vəsaitlər üzrə məhsul bilikləri
- Digər: Mərkəzi bankın qaydaları, FlexCube
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kiçik Xəzinədar” qeyd edərək göndərməyiniz xahiş olunur.
Loan Operations / Junior Specialist
Son tarix 26 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Kreditlə bağlı bütün əməliyyatların effektiv, şəffaf və düzgün icrasında daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi;
- Şikayətlərin idarəedilməsi, baş vermiş problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Siyahı üzrə bütün zəruri sənədlərin Müştəri Menecerindən əldə edilməsi;
- Müqavilələrin tərtib edilməsi və ABS-də kredit şərtlərinin yığılması;
- Girovların ABS-də qeydiyyatının aparılması;
- Notariat və qeydiyyat işlərinin (daşınan və daşınmayan girovların) icra edilməsi;
- Müvafiq məlumatların audit və hüquq departamentlərinə ötürülməsi;
- Gündəlik kreditlər üzrə əməliyyatların aparılması və maliyyə arayışlarının hazırlanması;
- Şərtlər və girovlar da daxil olmaqla kredit fayllarının hazırlanması;
- Həm elektron, həm də kağız daşıyıcıda olan məlumatların dəqiqliyinin yoxlanılması;
- Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
- Əməliyyatlarla bağlı sənədlərin saxlanılması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
- Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək;
- İşlərin müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq icra edilməsi;
- Hər hansı kreditlə əlaqəli istənilən növ sualların cavablandırılması;
- Müvafiq kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə əlaqələrin qurulması və bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi;
- Bankın “Təşkilati Risklərin İdarəedilməsi”nə dair siyasətinə əməl edilməsi və iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilib aradan qaldırılması;
- Rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: 0-1 il
- Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), Rus dili (orta), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
- Digər: İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət və münaqişələrin həlli bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi ünvanına başlıqda “Kredit İnzibatçılığı üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Information Security Specialist
Son tarix 28 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Giriş icazələrinin idarəsi üzrə və giriş nəzarət mexanizmlərinə əsasən fiziki identifikasiya və giriş nəzarətinin təmin edilməsi;
- Proqram və avadanlıq üzrə inventar nəzarətinin təmin edilməsi;
- Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi;
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
- Bütün biznes proses, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
- İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
- Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 2 il
- Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır.
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: MS Office Excel
- Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 23.08.2022-ci il tarixinədək başlıqda “Məlumat Təhlükəsizliyi üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.