PASHA Bank
Baş Müştəri Meneceri
Son tarix 19 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Yerli və beynəlxalq maliyyə institutları ilə əlaqələrin idarəedilməsi və beynəlxalq reytinq agentlikləri ilə koordinasiyası;
- Sindikatlar, ticarətin maliyyələşdirilməsi, ödənişlər və kredit xətti üzrə işin təşkili;
- Bütün bankdaxili və xarici müştəri sorğularının icrası, sorğuların bankdaxili koordinasiyası və ehtiyaca uyğunlaşdırılmış həll yollarının təmin edilməsi;
- Nostro hesabların açılması və effektiv idarəedilməsi;
- Pul bazarı və sabit gəlir sövdələşmələrinin koordinasiyası;
- Bank üçün əlverişli tranzaksiyaların aparılması məqsədilə yerli və beynəlxalq FX və pul bazarı tərəfdaşlarının axtarılması;
- Fövqəladə hal zamanı əlaqələrin yaradılması üçün regionlarda bütün bankların və maliyyə institutlarının və ya yerli nümayəndəliklərin, regional nümayəndəliklərin əlaqə məlumatlarının saxlanılması və yenilənməsi;
- Maliyyə risklərinin bankın risk iştahasına, riskin idarəedilməsi siyasət və prosedurlarına uyğun idarəsinin təmin edilməsi;
- Bankın siyasət və prosedurlarına uyğun şəkildə xarici və yerli maliyyə təşkilatları ilə xarici valyuta mübadiləsini həyata keçirməklə bankın valyuta mövqeyinin Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun idarəsi;
- Gündəlik və ya aylıq hesabatların tərtib edilməsi;
- Texniki koordinasiya və kiçik mütəxəssislərin inkişafı və işinə nəzarətin və dəstəyin təmin edilməsi;
- İcra strategiyaları və qərarlarının təhlili və təkmilləşdirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Xəzinədarlıq və ya oxşar sahə üzrə minimum 4 il
- Xarici dil: İngilis və Rus
- Lisenziya/ Sertifikat: CFA və DipIFR üzrə sertifikatlar
- Kompüter bilikləri: Microsoft Office
Digər:
- Xarici və yerli kapital bazarı anlayışı
- Xarici və yerli pul bazarı anlayışı
- Xarici və yerli FX bazarı anlayışı
- Xarici və yerli QK bazarı anlayışı
- Xəzinədarlıq məhsullarının anlayışı
- Xarici və yerli törəmə məhsullarının anlayışı
- Ümumi maliyyə bilikləri
- Bütün bank məhsulları haqqında biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 19.08.2022-ci il tarixinədək başlıqda “Baş Müştəri Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Data Scientist (non credit)
Son tarix 06 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
- Tövsiyyə sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
- Rəqəmsal kanal aktivliyini dəstəkləmək üçün maşın öyrənmə modellərinin və optimizasiyaların qurulması və istifadə olunması;
- Fərdi qiymətləndirmə və satın alma istəyi üzrə maşın öyrənmə alqoritmlərinin yaradılması və istifadə olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
- Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə, SQL və Python üzrə sübut olunmuş təcrübə, Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
- Digər: Problem həll etmə və qərar vermə bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.
Data Scientist (credit)
Son tarix 06 avq 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
- Risklərin qiymətləndirilməsi, öncədən xəbərdarlıq sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
- Kredit portfelinin genişləndirilməsi və riskləri minimuma endirmək üçün optimallaşdırma və maşın öyrənmə modellərinin yaradılması və istifadə olunması;
- Kredit risklərinin monitorinqi, yığım və qiymətləndirmə modellərinin yaradılması və istifadə olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
- Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə, SQL və Python üzrə sübut olunmuş təcrübə, Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
- Digər: Problem həll etmə və qərar vermə bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.