Məhkəmə İşləri üzrə Hüquq /Baş Hüquq Mütəxəssisi
Son tarix 01 may 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
-
Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
-
Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
-
İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
-
Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
-
Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
-
İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
-
Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
-
Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
-
Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
-
Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
-
Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
-
Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
-
Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Maliyyə sahəsində hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
-
Xarici dil biliyi: Rus və ingilis
-
Kompüter bilikləri: MS Office proqramları
-
Digər: Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda ‘Məhkəmə İşləri İstiqaməti üzrə Hüquq Mütəxəssisi/Baş Hüquq Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Korporativ istiqamət üzrə Hüquq /Baş Hüquq Mütəxəssisi
Son tarix 01 may 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
-
Bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
-
Yeni layihələrin qanunvericilik və prudensial tələblər baxımından analiz edilməsi;
-
Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
-
Bankın hüquq və maraqlarını tam qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və nəzərdən keçirilməsi;
-
Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təklif layihələrinin hazırlanması;
-
Bankın xarici vətəndaş olan işçilərinə iş icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
-
Bankın daxili qaydalarının, siyasətlərinin və prosedurlarının hazırlanmasında, yenilənməsində və təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
-
Bank inzibatçılarının və digər əməkdaşların müvafiq attestasiyadan keçmələri üçün zəruri hüquqi dəstəyin təmin edilməsi;
-
Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin qeydiyyatı, müvafiq lisenziyaların alınması və fəaliyyəti üçün lazımi hüquqi dəstəyin göstərilməsi;
-
Daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
-
Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
-
Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
-
Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
Sizdən nə tələb olunur?
-
Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
-
Kompüter bilikləri: MS Office proqramları
-
Dil bilikləri: səlis Azərbaycan və İngilis, orta Rus
-
Digər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin mükəmməl biliyi və anlayışı, güclü ünsiyyət bacarıqları, planlaşdırma və təşkilatçılıq bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Korporativ istiqamət üzrə Hüquq Mütəxəssisi/Baş Hüquq Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Arxiv üzrə Mütəxəssis
Son tarix 01 may 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
-
Arxivə daxil olmuş Sənədlərin səliqəli və razılaşdırılmış vaxt ərzində yoxlanılması və müəyyən edilmiş qovluqlara yerləşdirilməsi
-
Arxivdə saxlanılan sənədlərin səliqəli saxlanılması və yenidən bərpa edilməsinin təmin edilməsi və bu məqsədlə sənədlərin dəqiq reyestrinin aparılması
-
Hökumət, məhkəmə və ya vergi orqanları tərəfindən tələb edilən sənədlərin təhvil-təslim prosesinin həyata keçirilməsi
-
Dövlət arxivinə göndərilməli sənədlərin hazırlanması
-
Qısa müddətli istifadə üçün nəzərdə tutulan sənədlərin tələb olunan qaydada məhv olunması prosesində Baş mütəxəssisə dəstək
-
Digər strukturlardan arxiv sənədləri və məlumatlarla bağlı müraciətlərinə vaxtında cavab verilməsi
-
Şirkətin katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi
-
Bankın kitabxana vəsaitlərinin səliqəli saxlanılması və yenidən bərpa edilməsinin təmin edilməsi, həmçinin Kitabxana vəsaitlərinin prosedurlara uyğun olaraq təhvil-təslim prosesinin təmin edilməsi
-
Daimi sənədlərin reyestrinə və kitabxananın istifadəsinə dair statistik hesabatların hazırlanmasına təmin etmək
-
Qrup Rəhbərinə arxiv işi üzrə risklərin aşkarlanmasında və idarəedilməsində aktiv dəstək olmaq
Sizdən nə tələb olunur?
-
Təhsil: Bakalavr dərəcəsi
-
İş təcrübəsi: 0-2 il, Bank sahəsində təcrübəsi olanlara üstünlük verilir
-
Xarici dil biliyi: Rus və İngilis
-
Kompüter bilikləri: Microsoft Office
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Arxiv üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis
Son tarix 11 may 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
-
Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması;
-
PL/TMM sahəsində bankın müvafiq qanun, qayda və normalarına riayət etməsində koordinasiyasının qurulması;
-
Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
-
Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması;
-
Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
-
Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarə edilməsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
-
Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması və həmin proqram təminatına dair xarici təchizatçılar ilə işlərin aparılması;
-
Bankın müştəri qəbulu və “Öz Müştərini Tanı” (KYC) prosedurlarında iştirakı, yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin icrası;
-
PL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunukasiyasının təşkil edilməsi;
-
PL/TMM ilə əlaqəli bankdaxili proseslərin/daxili qaydaların yazılması;
-
PL/TMM ilə əlaqəli banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
-
Bankdaxili ümumi proseslərin/daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
-
Bankda mövcud məhsulların/yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi və məhsul sahibləri ilə müzakirələrin təşkil edilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: İqtisadiyyat / Hüquq sahəsində ali təhsil
-
İş təcrübəsi: Çirkli Pulların Yuyulmasına qarşı mübarizə sahəsində minimum 2 il
-
Xarici dillər: İngilis dili və Rus dili
-
Kompüter bilikləri: Microsoft Office və İT yönümlü biliklər
-
Digər: Stressə davamlılıq və kollektivdə işləmək bacarığı, Azərbaycan Respublikasının Hüquqi Aktlarından və ümumi yerli qanunvericilik tələblərindən məlumatlı olmaq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Telesatış üzrə Assistent
Son tarix 01 may 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
-
Müxtəlif kanallardan (bank məlumat bazası, onlayn kanallar və s.) daxil olan fərdi müştərilərə telefon və digər onlayn kanallar vasitəsilə bank məhsullarının satışı;
-
Telefon vasitəsilə pərakəndə bank məhsullarının (Miles&Smiles, ipoteka, istehlak kreditləri və s.) satışı;
-
Mövcud müştərilərə bank məhsulları (məhsul şərtləri, kampaniyalar və s.) haqqında telefon, elektron poçt və digər kanallar vasitəsilə məlumatların təqdim edilməsi;
-
Müvafiq strukturlardan yönləndirilən müştərilərin təqibi;
-
Müxtəlif satış kanalları vasitəsilə müştəri sorğularının cavablandırılması;
-
Telefon vasitəsilə sorğu və monitorinqlərin aparılması, daxili və xarici baza müştərilərinə telefonla məhsulların təklif edilməsi;
-
Məhsul və xidmətlər haqqında sorğuların yönləndirilməsi və izlənilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
-
İş təcrübəsi: Bank və sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir
-
Xarici dil biliyi: Rus və İngilis
-
Kompüter bilikləri: Microsoft Office
-
Məhsul bilikləri: Kredit və ödəniş kartı məhsulları
-
Bazar biliyi: İstehlak krediti, ödəniş kartı və pərakəndə bank məhsullarının xüsusiyyətləri (debet və kredit ödəniş kartları, istehlak kreditləri və s.)
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Telesatış üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.