Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis
Son tarix 01 mar 2022 - [email protected]
Bizimlə Siz əldə edəcəksiniz:
-
Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
-
Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
-
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
-
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
-
Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
-
Yeni işçilərin qeydiyyatı, İT departamentinə sorğuların açılması, müvafiq sənədlər üçün müraciət (sosial sığorta şəhadətnaməsi, bank vəsiqəsi, əmək haqqı kartı, əmək kitabçası, icbari sığorta və s.), “E-gov” portalına və “SAP HRMS” sisteminə daxil edilməsi;
-
Güzəşt və mənfəətlərin idarəedilməsi; (idman güzəştindən istifadə üçün müraciətlərin qeydiyyatının aparılması, işçilərə və fitnes mərkəzlərə lazımi informasiyaların təqdim edilməsi, biznes kartları və s.)
-
Aktiv işçilərin şəxsi işlərinin yerli qanunvericiliyə və daxili qaydalara əsasən saxlanılması;
-
İR dəstək xidmətinə (Help Desk) ünvanlanan əməkdaş sorğularının cavablandırılması, telefon zəngi və imeyl vasitəsilə yönləndirilməsi;
-
Yeni işçilərin ilk iş günündə ilkin təqdimatın təşkil edilməsi: qarşılanma, müqavilənin izah edilməsi, “Salamlama” paketinin təqdim edilməsi;
-
İR əməliyyatlar istiqamətinin mütəxəssisi ilə əməkdaşlıq çərçivəsində yeni gələn işçilərin şəxsi işlərinin, İR sənədlərin və formalarının təminatı;
-
İşçilərin vəzifə dəyişikliyi və ya işçilər işdən çıxdıqda İT departamentinə sorğu açılması və İcbari Sığortaya müvafiq məlumatın təqdim edilməsi;
-
Təcrübəçi və xidmət müqavilələri üzrə çalışan işçilərin şəxsi işlərinin saxlanılması və onların “SAP” sistemində qeydiyyatının aparılması; (işə qəbul, işdən çıxma və digər dəyişikliklər)
-
Proses, qayda və təlimatların yazılması, həmçinin lazım olduqda dəyişikliklərin edilməsi;
-
Yeni işçilərin sınaq müddətinin və illik əmək müqavilələrinin bitmə vaxtının monitorinqi və müvafiq İR Biznes Partnyorunun vaxtında məlumatlandırılması;
-
“İntranet”in yenilənməsi: bütün işçi əlaqələrinin, daxili və mobil telefon nömrələrinin, fotoşəkillərinin “SAP master” faylı ilə uzlaşdırılması;
-
Yeni əməkdaşlar üçün nəzərdə tutulan aylıq təqdimatlarda iştirak;
-
Yeni işçilərə ümumi və İR əməliyyatları ilə əlaqəli məlumatların təqdim edilməsi; (məzuniyyət planları, əmək haqqı, ezamiyyət, mükafatlandırma, kompensasiya və s.)
-
Əmək haqqı hesablanmasında şöbədaxili həmkarlara dəstək, səhvlərin aşkarlanması və aradan qaldırılması, əməkdaşlardan gələn sualların cavablandırılması;
-
Əmək və xidmət müqavilələrinin tərtib edilməsi;
-
Şöbənin sifariş formalarının yazılması və idarəedilməsi;
-
Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
-
Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
-
Təhsil: Bakalavr təhsili
-
İş təcrübəsi: 1-2 il İR əməliyyat, kadr kargüzarlığı, güzəşt, mənfəət və ya digər İR sahələri üzrə
-
Xarici dillər: İngilis dili
-
Kompüter bilikləri: MS ofis proqramları
-
Digər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik
-
Üstünlük verilir: “SAP” biliyi
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 28.02.2022-ci il tarixinədək başlıqda “Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Məhkəmə İşləri üzrə Kiçik Mütəxəssis
Son tarix 01 mar 2022 - [email protected]
Bizimlə Siz əldə edəcəksiniz:
-
Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
-
Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
-
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
-
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
-
Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
-
Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiə edilməsi;
-
İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərinin hazırlanması;
-
Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
-
Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
-
İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
-
Dövlət orqanları və digər qurumlarla münasibətdə bankın təmsil edilməsi və bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
-
Bank məhsullarının hüquqi ekspertizası;
-
Bank fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
-
Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
-
Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
-
Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bank əməkdaşlarlarının təlimatlandırılması;
-
Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
-
Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
-
Təcrübə: Ən azı 1 il kiçik mütəxəssis / 3 il mütəxəssis vəzifəsi üçün
-
Xarici dil: Rus və İngilis
-
Kompüter bilikləri: Microsoft Office
-
Digər: Komandada iş, analitik düşüncə, güclü ünsiyyət, tədqiqat, araşdırma, planlaşdırma və təşkilatçılıq bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 28.02.2022-ci il tarixinədək başlıqda “Məhkəmə İşləri üzrə Kiçik Mütəxəssis / Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Özəl Bankçılıq departamentinin Qarşılama üzrə assistenti
Son tarix 15 mar 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi
- Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması; Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi.
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi; Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması.
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi.
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Məhsul üzrə Biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
- Xarici dil: İngilis dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter Bacarıqları: Microsoft Office (Excel, Word)
- Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.