PASHA Bank
Hüquqi məsələlər departamentinin Qərarların Məcburi İcrası üzrə Kiçik mütəxəssis
Son tarix 14 avq 2026 - Müraciət et
Təsvir
- Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv addımların atılması;
- İcra qurumları, borclular, icra edilməli olan qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;
- Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması;
- Bankın qeyri-işlək kredit portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsinin təmin edilməsi;
- Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;
- İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq hərəkətlərin yerinə yetirilməsi;
- Bankın müxtəlif struktur bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin verilməsi;
- İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
- İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsinin təmin edilməsi;
- Müxtəlif məsələlərlə əlaqədar bankın səlahiyyətləri qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin edilməsi;
- Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;
- Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
- Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);
- Tələb olunan iş təcrübəsi: 1-2 il iş təcrübəsi;
- Xarici dillər: İngilis (səlis);
- Kompüter bilikləri: Microsoft Office.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















