PASHA Bank
Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri Şöbəsinin Baş Məsləhətçisi
Son tarix 25 sen 2025 - Müraciət et
Təsvir
- Risk profilləri üzrə anketin və intervyu prosedur və qaydalarının təkmilləşdirilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi, risk profillərinin təyini, intervyu nəticələri əsasında müştərinin çatmaq istədiyi maliyyə hədəflərinin müəyyən edilməsi;
- Müəyyən edilmiş risk profili və maliyyə hədəflərinə uyğun investisiya strategiyasının formalaşdırılması və investisiya alətlərinin köməyi ilə aktivlərin bölgüsünü və yerləşdirilməsi üzrə maliyyə məsləhətinin verilməsi;
- İnvestisiya siyasəti bəyannaməsinin tərtibi və onun RM, broker və bankın risk departamenti arasında qüvvədə olan prosedurlara əsasən mübadiləsi;
- Müştəri portfellərinin icrasına nəzarət etmək və icranın yekunlaşdırılması və hesabatlılığın təmin edilməsi istiqamətində müvafiq proseslər daxilində əlaqədar struktur bölmələrlə münasibət qurmaq;
- RM və müştərilərlə treyninqlərin təşkili və yeni məhsullar haqqında təqdimat və seminarların həyata keçirilməsi;
- Sərvətin planlanması;
- İnvestisiya portfellərinin (model, özəl hazırlanmış və digər) və statistik məlumatlarını müntəzəm olaraq izləmək, əlaqədar tərəflər arasında mübadiləsini təmin etmək;
- Portfellərin yenidən balanslaşdırmaq və müştəriləri məlumatlandırmaq.
Tələblər
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 3 - 5 il
- Lisenziya / Sertifikat: - CFA 2 və ya CFA 3
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office, Bloomberg
- Məhsul üzrə biliklər: Bank məhsulları, Özəl bankçılıq, İnvestisiya məhsulları, portfel idarəçiliyi
- Bazar üzrə biliklər: Maliyyə bazarları, makro iqtisadiyyat və maliyyə təhlili
- Başqa tələblər: -
- İnvestisiya strategiyaları və risklər üzrə biliklər
- Güclü problem həll etmə və analitik qabiliyyətlərinin olması
- Rus və İngilis dillərində müştərilərlə empatik ünsiyyət qurmaq, etibar və tərəfdaşlıq münasibətlərini yarada bilmə və satış qabiliyyətinin olması
- Makro iqtisadi tendensiyaların investisiya strategiyalarına olan təsirini başa düşmək.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.