PASHA Bank
Xarici Kommunikasiyalar Qrupunun Assistenti
Son tarix 19 fev 2025 - Müraciət et
Təsvir
- Bankın Korporativ Tərəfdaşlarla əlaqəli, Korporativ Davamlılıq, Təbliğat-təşviqat strategiyaları və xeyriyyə təşəbbüslərini, proqram və layihələrini həyata keçirməkdə komanda yoldaşlarına və KTİ rəhbərinə dəstək olmaq;
- Bankın illik hesabatının tərkib hissəsi olan davamlılığa dair icmal üçün məlumatların toplanması və təsnifləndirilməsi;
- Bankın cəmiyyətin rifahına töhfəsini təşviq etmək məqsədilə dəyirmi masalar, seminarlar və digər fəaliyyətlərin təşkil edilməsinə köməklik göstərmək: yer və xidmət təminatçıları ilə ünsiyyət, iştirakçı siyahısını müəyyənləşdirmək üçün biznesin inkişafı və ya digər daxili maraqlı tərəflərlə əməkdaşlıq, iştirakçıları dəvət etmək və lazım olduqda onlarla daha sonra əlaqə saxlamaq, tədbirdən əvvəl və sonra sorğu aparmaq;
- İqtisadi, biznes və sosial proqramların daha çox həyata keçirilməsini təmin etmək üçün bankla müxtəlif nazirliklər, maliyyə qurumları arasındakı əlaqələrin inkişafı və qorunmasında komanda yoldaşlarına və KTİ rəhbərinə dəstək olmaq;
- Dəyirmi masalar, tematik seminarlar və digər fəaliyyətləri təşkil etmək üçün səfirliklər, ticarət palataları, ticarət və iqtisadi assosiasiyalarla əlaqələrin və birgə təşəbbüslərin planlaşdırılması, hazırlanması və davam etdirilməsində komanda yoldaşlarına dəstək olmaq;
- Layihələrlə əlaqəli qısamüddətli öhdəlik sənədləri, icra hesabatları kimi müvafiq məlumatların toplanılması, arxivləşdirilməsi və saxlanılması: üçüncü şəxslər tərəfindən layihələrin gedişatı və həyata keçirilməsi prosesinin izlənilməsi;
- Biznes İnam İndeksi, Brend Qavrayışı sorğusu kimi nüfuz və bizneslə əlaqəli mütəmadi sorğuların aparılmasına köməklik göstərmək;
- Müxtəlif KSM və davamlılıq layihələrinin həyata keçirilməsində bankın görünürlülüyünün (vizibilitesinin) artırılmasının koordinasiyası.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Marketinq, Kommunikasiya və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
- İş təcrübəsi : Tələb olunmur
- Dil bilikləri: İngilis (sərbəst);
- Kompüter bilikləri: MS Office proqramları;
- Digər: Yüksək ünsiyyət, danışıq və təşkilati bacarıqlar.
Vakansiya haqqında
- Son tarix fevral 28, 2025
- Vakansiya növü Tam ştat