PASHA Bank
Baş Kredit Analitiki (KİB)
Son tarix 15 yan 2024 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Maliyyə hesabatları, kredit hesabatları, bazar tendesiyalarını və digər müvafiq məlumatları nəzərdən keçirməklə korporativ müştərilərin ödəmə qabiliyyətini təhlil etmək və qiymətləndirmək;
- Kredit risklərinin qiymətləndirilməsini aparılması və ətraflı təhlil və tövsiyələr üzrə kredit təklifləri hazırlamaq;
- Kredit məhsulları, kredit limitləri və digər borclanma məhsulları üzrə müraciətlərin nəzərdən keçirilməsi və emal edilməsi;
- Öz portfelindəki korporativ hesabların maliyyə performansını və ödəmə qabiliyyətini davamlı olaraq izləmək. Korporativ hesablara verilən kredit məhsullarının vaxtında uzadılmasını təmin etmək;
- Bütün kredit qərarlarının bankın kredit siyasəti və risklərin idarə edilməsi qaydalarına uyğun olmasını təmin etmək üçün Müştəri Menecerləri, Kredit Risklərinin Anderraytinqi və Risklərin İdarəedilməsi kimi daxili şöbələrlə əməkdaşlıq etmək;
- Kredit sorğularını, şirkətin maliyyə vəziyyətini və digər əlaqəli məsələləri müzakirə etmək üçün müştərilərlə görüşlərdə iştirak etmək;
- Kredit portfelinin performansını və risklərin idarə edilməsi metodlarının tətbiqi ilə bağlı rəhbərlik üçün hesabat və təqdimatlar hazırlamaq;
- Gözlənilən iqtisadi mühit dəyişiklikləri, dövri bazar dinamikasını, qanunvericilikdə və dövlət siyasətində baş verən yenilikləri izləmək;
- Qoyulmuş hədəflərə çatmaq məqsədi ilə Agile sənaye qruplarının fəaliyyətində iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar;
- Kredit siyasətinin, prosedurların və təlimatların təkmilləşdirilməsi və tətbiq edilməsində iştirak etmək;
- Ehtiyac yarandıqda kiçik kredit analitiklərinə istiqamət vermək və dəstək olmaq;
Sizdən nə tələb olunur?
- Maliyyə, mühasibat, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
- Maliyyə təhlili və kredit riskinin qiymətləndirilməsi sahəsində biliklər;
- Maliyyə uçotu prinsipləri və tətbiqi sahəsində yüksək səviyyədə analitik biliklər;
- Yaxşı ünsiyyət və danışıq bacarıqları;
- Tapşırıqların icrasına çevik yanaşma və səmərəli işləmək bacarığı;
- Detallara diqqət yetirmək, işi düzgün təşkil etmək bacarıqları;
- “Excel”, “Word” və “PowerPoint” proqramlarını mükəmməl səviyyədə bilmək;
- Arzu olunan sertifikatlar - CFA, ACCA, FRM, “Microsoft Excel Expert”