PASHA Bank
Datanın İdarəedilməsi (Data Governance) üzrə Baş Mütəxəssis
Son tarix 11 yan 2024 Müraciət et
Təsvir:
- Məlumatların İdarəolunması üçün siyasətlərin, proseslərin tam həyat dövrünün əlaqələndirilməsi.
- Məlumatların idarə edilməsi ilə bağlı maraqlı tərəflərlə müzakirənin aparılması
- Bütün əsas maraqlı tərəflər ilə kommunikasiyanın idarəedilməsi
- Təyin olunmuş işçilərin Data Sahibi roluna qoşulması.
- Data İdarəetmə təşəbbüsünün effektiv şəkildə həyata keçirilməsi üçün tələb olunan hesabatlıq və dəstəyi təmin etmək
- Data mübadiləsi prosesinin idarəedilməsi
- Müntəzəm olaraq məlumatların idarə edilməsində irəliləyişi və effektivliyi nümayiş etdirmək üçün yüksək keyfiyyətli hesabatlar/ vizualizasiya yaratmaq
- Potensial problemləri Data İdarə Edilməsi Direktoruna və/və ya daha yüksək rəhbərliyə çatdırmaq.
- Data Keyfiyyətinin yaxşılaşdırılması layihələri üçün dəstək göstərmək
- Data İdarəetmə prosesi ilə Bankın proseslərinin sinxronlaşdırılması üçün Biznes Proseslərinin İdarə Edilməsi funksiyası arasında əlaqə və uyğunlaşdırmanın qorumaq.
- Data İdarəetmə prosesinin sinxronizasiyası üçün İnformasiya Təhlükəsizliyi funksiyası arasında əlaqə və uyğunlaşma aparmaq
- Data Mədəniyyəti fəaliyyətlərinin sinxronizasiyası üçün HR funksiyası arasında əlaqə və uyğunlaşma aparmaq
- Məlumatların idarə olunması üzrə işçi qrupun iclasları üçün iclasların gündəliyinin, hesabatların və təqdimatların hazırlanmasına və əlaqələndirilməsinə dəstək göstərmək
- Məlumat və Analitika Şurasının müntəzəm iclasları üçün material toplamaq və hazırlamaq
Tələblər:
- Təhsil: IT, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
- Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 3 il
- Lisenziya / Sertifikat: layihə idarə edilməsi, biznes prosesinin idarə edilməsi
- Xarici dillər: İngilis (səlis), Rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office, layihə idarə edilməsi proqramları (məs. Jira), data analitikası
- Məhsul üzrə biliklər: data texnologiyalarında geniş təcrübə və maraq.
- Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru.
- Başqa tələblər: Proseslərin dizaynı, həyata keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı təcrübə, layihə qərarlarının qəbulunu asanlaşdırmaq və bir çox komandalar arasında problemləri idarə etmək; güclü şəxsiyyətlərarası və danışıq bacarıqları, müxtəlif maraqlı tərəflər qrupuna təsir göstərmək bacarığı; güclü analitik, problem həll etmə bacarığı; təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları; çox tapşırıqları effektiv şəkildə idarə etmək və matrisləşmiş təşkilatda qarşılıqlı əlaqədə olmaq;