PASHA Bank
Stress Testing üzrə Mütəxəssis
Son tarix 12 noy 2023 - Müraciət et
Təsvir:
- Statistik modellərin hazırlanmasında və inkşafında iştirak edilməsi;
- Bankın makroiqtisadi dəyişikliklərə və potensial şoklara dözümlülüyünün qiymətləndirilməsi üçün müxtəlif ssenarilər üzrə stress testlərinin keçirilməsi;
- Risk göstəricilərinin normativlərə əsasən hesablanması və analizi;
- Mərkəzi Bank və IFRS 9 qaydalarına uyğun olaraq bankın kredit portfeli üzrə ehtiyatların Stress test modelə tətbiq edilməsi;
- Stress testlərinin nəticələrinin makroiqtisadi proqnozlara və statistik nəticələrə uyğun interpretasiyası;
- Kapital Yetərliliyi üzrə hesablamalarda Stress test nəticələrinin hazırlanması;
- Stress test prosesinin Model Risklərinin idarə edilməsi qaydalarına uyğunluğa nəzarət edilməsi.
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Ekonometrika və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Maliyyə sektorunda minimum 1 il iş təcrübəsi;
- Data elmi, statistik modelləşdirmə və data analizi üzrə təcrübə;
- R (tidyverse, datatable, və s.) və Python (sklearn, pandas, numpy, və s.) üzrə biliklər;
- Mərkəzi Bank, IFRS 9 və digər normativlərə aid biliklər üstünlük hesab edilir.