PASHA Bank
Senior Back End Developer
Son tarix 21 iyl 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
- Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
- Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
- Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
- Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
- “Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
- Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
- Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il
- Xarici dil: İngilis
- Komputer bilikləri:
- Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək
- Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl
- İnfrastruktur dizayn və prinsipləri haqqında anlayış
- LDAP, SSO, Restful APIs, SOAP, verilənlər strukturu və alqoritm biliyi
- Məhsul üzrə biliklər:
- JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
- SVN və ya GIT
- Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları
- Üstünlük verilir:
- Bankçılıq təcrübəsi
- Kodun yenidən işlənməsi
- Dizayn nümunələri
- Dizayn yönümlü inkişaf
- Domain yönümlü dizayn
- CI/CD və yüksək miqyaslı proqramlar
- Proqram təhlükəsizliyi
- İkili proqramlaşdırma və testlər üzrə biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Proqram Təminatı üzrə Baş Mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.