PASHA Bank
Hesab və Ödəniş Xidmətləri funksional sahəsinə Kiçik mütəxəssis
Son tarix 28 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi;
 - Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və proseslərin effektivliyin artırılmasını təmin etmək ilə məhsul dövriyyəsinin və gəlirliyinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi;
 - Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi;
 - Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
 - Müştəri sorğuların vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlərin görülməsi;
 - Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasının təmin edilməsi
 
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
 - İş təcrübəsi: Müvafiq sahə üzrə min 1 il təcrübə
 - Xarici dil bilikləri: İngilis, Rus
 - Kompüter bilikləri: Microsoft Office
 
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 27.06.2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Hesab və Ödəniş Xidmətləri üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







