PASHA Bank
Satınalma üzrə kiçik mütəxəssis (analıq məzuniyyəti)
Son tarix 04 iyl 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Gündəlik əməliyyat dəstəyi göstərməklə yüksək keyfiyyətli müştəri xidmətinin idarəedilməsi;
- Bankın biznes ehtiyaclarının ödənilməsinin asanlaşdırılması;
- Bankın müəyyən etdiyi limitlərə uyğun olaraq aşağı və ya orta qiymətli alışlar üçün bazar araşdırmasının aparılması;
- Bankın ehtiyacları üçün mal və xidmətlərin şəffaf və sərfəli alışı;
- Bankın tələbləri əsasında hesab-fakturaların, aktların, təhvil-təslim qeydlərinin yoxlanılması;
- Satınalma dəstəyi baxımından bankın ehtiyaclarına vaxtında cavab verilməsi;
- Departamentlərin satınalma ilə bağlı məlumatlarla təmin edilməsi;
- Müvafiq reyestrlərin yenilənməsi və daxili satınalma sorğularının monitorinqi;
- Alınan malların müvafiq şöbələrə çatdırılması və paylanmasının təşkili;
- Müvafiq sənədlərin doldurulması və proseslərin dəqiq sənədləşdirilməsi;
- Daxili sənəd təsdiqlənməsinin idarəedilməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik.
Sizdən nə tələb olunur?
- Təhsil: Müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: İnzibati, sənəd nəzarəti və ya müştəri xidməti sahələrində minimum 2 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Digər: İnnovativ düşüncə, özünüinkişaf, hesabat hazırlama, problemləri həll etmə və güclü ünsiyyət bacarıqları.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Satınalma üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.