PL / SQL Developer
Son tarix 03 apr 2022
İşiniz nədən ibarətdir?
-
Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün mühəndislik praktikasının gücləndirilməsi;
-
Standart və təlimatlara uyğun kod yazaraq bank sistemlərinin (ABS) təkmilləşdirilməsi və dəstəklənməsi;
-
Banka dəyər qatacaq innovativ həllərin hazırlanması;
-
Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
-
İstənilən maneələrin aradan qaldırılması üçün çətin biznes problemləri üzrə texniki həllərin hazırlanması;
-
“Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
-
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
-
Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
-
Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
-
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 il
-
Xarici dillər: İngilis
-
Komputer bilikləri: Oracle SQL, PL/SQL, verilənlər strukturu və alqoritm biliyi
-
Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
-
Digər: Bank bilikləri, “Flexcube” ilə iş təcrübəsi
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “PL / SQL Developer” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.