PASHA Bank
Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis
Son tarix 14 fev 2022
Vəzifənin məqsədi:
Qeyri-işlək kreditlərin restrukturizasiya və bərpası üzrə cavabdehlik. Gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi, yüksək səviyyədə icra olunması.
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərlə iş üzrə metodologiya və prosedurların hazırlanması
- Erkən və sonrakı təqib (Fərdi, KOS və CİB seqmenti üzrə)
- Problemli kreditlərin idarə olunması
- Problemli kreditlərin restrukturizasiyası
- Problemli biznes kreditlərin bərpası
- Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının icrası (Fərdi, KOS və CİB seqmenti üzrə)
- Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak.
- Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə)
- Müştərilərin davranışlarına nəzarət etmək və onları təhlil etmək
- Problemli kreditlərin bərpası məqsədi ilə rəsmi bildirişlərin göndərilməsi
- Problemli kreditlərin bərpası yolunda restrukturizasiya planlarının hazırlanması və tətbiqində fəal iştirak
- İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi
- Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabat vermək (yığımla bağlı hesabat və s.)
- Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icrası
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Xarici dil: İngilis dili (orta), Rus (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Başqa tələblər: Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini elektron ünvanına email-in mövzu hissəsində “Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
Job purpose:
Responsibility for restructuring and recovery of non-performing loans. Improving profitability and service standards, high level of implementation.
Main Accountabilities:
- Develop methodology and procedures of working with non-performing loans
- Follow-up of Soft and Hard collection directions (Individual, SME and CIB segments)
- Non-performing loans management
- Restructure of non-performing loans
- Recovery of non-performing business loans
- Execution of restructuring decisions within established limits on non-performing loans (Individual, SME and CIB segments)
- Participation in the development and implementation of action plans for the financial recovery and resolving of problems related to non-performing loans
- Periodical interaction with customers (through meetings, calls, messages, etc.)
- Monitor and analyze customers behavior
- Sending of claim letters in order to implement debt repayment
- Participation on preparation restructuring plans regarding non-performing loans, their development and implementation
- Pre-collection planning and assessment of customer’s financial environment
- Delivering reports regarding implemented tasks to division’s competent figures
- Continues improvement of collections capabilities
- Performing of other tasks assigned by the direct manager
Knowledge, skills and experience required:
- Education: Bachelor degree in economics, financial or other relevant field.
- Work experience: 1 year experience in Credit, Risk or relevant field
- Foreign Language: Russian (intermediate), English(intermediate)
- Computer Skills: Microsoft Office
- Other: Strong communication skills, able to resolve conflict.
Interested Candidates please send your CV by indicating “Credit Recovery Junior Specialist” in the subject line of your message. Otherwise, your candidacy will not be considered.