Product Owner (Business Innovations)
Son tarix 31 yan 2022
Bizimlə Siz əldə edəcəksiniz:
-
Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
-
Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
-
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
-
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
-
Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
-
Məhsulun dəyər təkliflərini, vizyonunu və yol xəritəsini formalaşdırıb komanda üzvlərinə və maraqlı tərəflərə ötürülməsi;
-
Məhsul üzrə tapşırıqlar siyahısının yaradılması və idarəedilməsi;
-
Məhsul üzrə tapşırıqların prioritetləşdirilməsi;
-
Məhsul üzrə əsas göstəricilərin müəyyən edilməsi, göstəricilərin izlənməsi və nəticələrin analizi;
-
Müştəri ehtiyac və istəklərinin müəyyən edilməsi üçün mütəmadi olaraq müştərilərlə görüşlərin təşkili və araşdırmaların aparılması;
-
Məhsulda maraqlı olan tərəflərlə mütəmadi görüşlərin təşkili, tələb və gözləntilərin nəzərdən keçirilməsi;
-
Məhsul üzrə mütəmadi bankdaxili və bankxarici təqdimat görüşlərinin keçirilməsi;
-
Məhsulun ümumi dəyərini artırmaq istimaqətində addımların atılması;
-
Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq, məlumat və biliklərin ötürülməsi və mümkün dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: İdarəetmə və ya müvafiq sahə üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Biznes və ya İT sahəsində 2 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə
-
Xarici dil: Azərbaycan dili (sərbəst), İngilis dili (yaxşı)
-
Kompüter bilikləri: MS Office proqramları
Digər:
-
Marketinq, satış və İT üzrə biliklərə malik olmaq;
-
Çevik qərar vermə bacarığı;
-
Komandada işləmə bacarığı;
-
Təqdimat bacarığı;
-
Fərqli sahədən olan şəxslərlə ünsiyyət qurmaq bacarığı;
-
Problemləri həll etmə bacarığı;
-
“Agile” iş prinsipləri ilə tanışlıq.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 31.01.2022-ci il tarixinədək başlıqda “Məhsul sahibi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.