Senior / Back End Developer
Son tarix 23 yan 2022
Bizimlə Siz əldə edəcəksiniz:
-
Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
-
Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
-
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
-
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
-
Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
-
Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
-
Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
-
Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
-
Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
-
Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
-
“Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
-
Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
-
İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
-
“Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
-
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
-
Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
-
Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il
Xarici dillər: İngilis
Komputer bilikləri:
-
Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək
-
Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl
-
İnfrastruktur dizayn və prinsipləri haqqında anlayış
-
LDAP, SSO, Restful APIs, SOAP, verilənlər strukturu və alqoritm biliyi
Məhsul üzrə biliklər:
-
JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
-
SVN və ya GIT
Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları
Üstünlük verilir:
-
Bankçılıq təcrübəsi
-
Kodun yenidən işlənməsi
-
Dizayn nümunələri
-
Dizayn yönümlü inkişaf
-
Domain yönümlü dizayn
-
CI/CD və yüksək miqyaslı proqramlar
-
Proqram təhlükəsizliyi
-
İkili proqramlaşdırma və testlər üzrə biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.01.2022-ci il tarixinədək ünvanına başlıqda “Proqram təminatı üzrə mühəndis” və ya “Proqram təminatı üzrə baş mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq ([email protected]).