Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis
Vəzifənin məqsədi
Müştəri məmnunluğu əldə etmək üçün kreditlə bağlı bütün əməliyyat və digər məsələlərin (lazımi məlumatla təminat, şikayətlərin idarə edilməsi – baş vermiş problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması) effektiv, şəffaf və düzgün icrasında daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə məsuliyyət daşıyır.
Görəcəyiniz işlər:
• Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması.
• Müqavilələrin tərtib edilməsi.
• ABS-də kredit şərtlərinin yığılması.
• Girovlarin ABS-də qeydiyyatinin aparilmasi
• Notariat və qeydiyyat işlərinin icra edilməsi.
• Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi.
• Gündəlik kreditlər üzrə əməliyyatların aparılması.
• Maliyyə arayışlarının hazırlanması.
• Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla)
• Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda).
• Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi.
• Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi.
• Kreditlərə dair hesabatlarin aparılması
• Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması.
• Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.
Sizdən gözləntimiz:
• Məhsul və bazar üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
• Bank əməliyyatları və kredit sahəsi üzrə minimum 1 il iş təcrübəsi
• Hesabatlarla işləmək bacarığı
• Müştəri yönümlük
• Güclü ünsiyyət bacarığı
Bu sahə üzrə özünü sınamaq istəyən hər kəs 31/10/2021 tarixinə kimi [email protected] ünvanına müraciət edə bilər.