İnsidentlərə monitorinq və Cavab / Kiçik Mütəxəssis
Son tarix 25 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
-
İnsidentlərin mövcudluğunu yoxlamaq;
-
Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
-
Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
-
İlkin tədqiqat aparmaq;
-
Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
-
Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
-
İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
-
İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
-
İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
-
Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
-
Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
-
Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
-
Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq;
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
-
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
-
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
-
Tələb olunan iş təcrübəsi: İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi
-
Lisenziya / Sertifikat: Arzuolunan- CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+
-
Xarici dillər: İngilis(orta),Rus dili arzuolunan(orta)
-
Kompüter bilikləri:
-
Ümumi kibertəhlükəsizlik anlayışı
-
Ümumi desktop OS və server OS biliyi
-
Şəbəkə protokolları (i.e. TCP/IP);
-
Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
-
Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
-
Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik
-
Başqa tələblər:
-
Güclü analitik və problemi həll etmə bacarıqları
-
Təzyiq altında işləmək
-
Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu
-
Multi-tasking environment
-
Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
-
Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı
Marketinq Kommunikasiyaları Şöbəsinin Rəhbəri
Son tarix 12 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Çoxfunksiyalı marketing kommunikasiyaları qrupuna rəhbərlik etmək; komandanın fəaliyyətinə nəzarət etmək, hədəf və məqsədlərini təyin etmək, iş prosesini, iş yükünü və bölgüsünü tənzimləmək;
-
Şöbənin brendin idarəedilməsi, rəqəmsal marketing və marketing araşdırmaları sahələri üzrə fəaliyyətlərin əlaqələndirilməsi və koordinasiyası;
-
Bankın xarici və daxili müştərilərinə məhsul və xidmətlər haqqındakı məlumatların çatdırılması, müştəri ehtiyaclarının düzgün müəyyən edilməsi və qarşılanması məqsədilə marketing və kommunikasiya strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi;
-
Kampaniyaların səmərəliliyinin artırılması məqsədilə datanın təhlili;
-
Maksimal nəticə və investisiya effektivliyinin əldə edilməsi məqsədilə ənənəvi, rəqəmsal və analitik vasitələrinin istifadəsi barədə qərarların alınması;
-
Bankın brend metrikalarının yaxşılaşdırma strategiyaların hazırlanmasına və icrasına dəstək olması.
Sizdən nə tələb olunur?
-
Təhsil: Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
-
Təcrübə: Bank və ya maliyyə sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il rəhbər və ya liderlik təcrübəsi olmaqla 6 ildən çox təcrübə
-
Bazar bilikləri: Bank və maliyyə məhsulları və xidmətləri, o cümlədən tənzimləmə və komplayns tələbləri haqqında güclü anlayış
-
Profesyonal biliklər:
-
Sosial media, e-mail marketinqi və SEO/SEM daxil olmaqla rəqəmsal marketinq sahəsində təcrübə;
-
Məlumatların təhlili, müştəri seqmentasiyası və hədəfləmə sahəsində təcrübə ilə yanaşı güclü analitik bacarıqlar;
-
Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
-
Brend təlimatlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
-
Birdən çox layihə və prioritetləri eyni vaxtda idarə etmək bacarığı ilə layihələrin idarəedilməsi sahəsində güclü bacarıqlar;
-
Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
-
Rəqəmsal marketinq və analitik alətlərdən (Adobe, Google, Dataroid, Adjust və s.) aktiv istifadə təcrübəsi.
-
Xarici dil: Ingilis, Azərbaycan, Rus
-
Kompüter bilikləri: MS Office
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis
Son tarix 14 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
-
Bankın vergi siyasətinin tətbiq edilməsi;
-
Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
-
Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
-
Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
-
Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
-
Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
-
Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
-
Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
-
Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
-
Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
-
Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
-
Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.
Sizdən nə tələb olunur?
-
Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
-
Təcrübə: müvafiq sahədə 2-3 il iş təcrübəsi.
-
Xarici dil: ingilis dili, rus.
-
Kompüter bilikləri: Microsoft Office.
-
Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
-
Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
-
Digər: İFRS biliyi.
-
Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Middle Back End Developer
Son tarix 14 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
-
Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
-
Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
-
Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
-
Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
-
“Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
-
Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
-
İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
-
“Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
-
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
-
Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
-
Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
-
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il
-
Xarici dil: İngilis
Texniki biliklər:
-
Java, Kotlin, Golang, Python, Javascript (Node.js) və digər proqramlaşdırma dillərindən hər hansı birini mükəmməl səviyyədə bilmək
-
Data strukturları və alqoritmlər üzrə biliklər
-
Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər
-
Verilənlər bazası üzrə biliklər (RDBMS & NoSQL)
-
Microservice arxitekturası, web servislər üzrə biliklər
-
Sinxron ve asinxron mesajlaşma texnologiyaları üzrə biliklər (REST, Message Queueing, RPC/gRPC)
-
Avtomatlaşdırılmış testlər ve CI/CD üzrə biliklər
-
Containerization və orchestration texnologiyaları üzrə biliklər
-
Git ilə işləmə bacarığı
Məhsul üzrə biliklər:
-
JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
-
Agile metodologiyaları ilə tanışlıq (Scrum, Kanban)
Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları
Üstünlük verilir:
-
Bankçılıq təcrübəsi
-
Kodun yenidən işlənməsi
-
Dizayn nümunələri
-
Dizayn yönümlü inkişaf
-
Domain yönümlü dizayn
-
Proqram təhlükəsizliyi
Back-End Proqramlaşdırma üzrə Funksional Sahə Lideri
Son tarix 14 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Məhsul stream-i və komandanın bütün texnologiyasını idarə etmək və yönəltmək.
-
Məhsulun hazırlıq prosesində şəxsən iştirak etmək, mühəndislik komandasının idarə edilməsində və gündəlik məhsulunun təkmilləşdirilməsinin aparılmasında müvəffəqiyyət əldə etmək üçün məhsulu idarə etmək
-
Rəqəmsal məhsulların strategiyaları və plan üzrə agile komandaları dəstəkləmək və bu prosesdə iştirak etmək
-
Məhsul stream-i daxilində platformaları, alətləri, texnoloji steki qiymətləndirmək və testdən keçirmək.
-
Mühəndislər arasında agile iş prinsipini nəzarətdə saxlayaraq proqram təminatı prosesini təkmilləşdirmək
-
Yüksək potensiala malik işçilərin hazırlanması və inkişaf etdirilməsi üçün stream daxilində komanda və individual olaraq işçiləri işə qəbul etmək və onlara koçluq etmək
-
Məhsul stream-i daxilində resursları idarə etmək
-
Daha çox və yaxşı rəqəmsal məhsullar yaratmaq məqsədilə bankın texnologiyasını təkmilləşdirmək üçün ən son texnoloji innovasiyaları həyata keçirmək
-
Stream-in əsas biliklərinin sənədləşdirilməsini təmin etmək, yeni təlimatlar hazırlamaq və mövcud olanı təkmilləşdirmək
-
Mühəndislik fəaliyyətlərində iştirak etmək və onları aparmaq
-
Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
-
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
-
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
-
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
-
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
-
Təhsil: Komputer mühəndisliyi,Komputer elmləri, Tədbiqi riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr, magistr dərəcəsi
-
Tələb olunan iş təcrübəsi: Proqram mühəndisliyi üzrə minimum 7 il təcrübə. Front end və back end proqramlaşdırma, avtomatlaşdırılmış test, infrastruktur və arxitektura məlumat bazası texnologiyaları üzrə bilik və təcrübə. Agile metodu haqqında təcrübə arzuolunandır.
-
Xarici dillər: İngilis(yaxşı)
-
Komputer bilikləri: Müvafiq dillərdən ən azı 4-ü mükəmməl bilmək: Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl, SQL, HTML, .Net, React, Angular.Verilənlənlərin strukturu və alqoritm biliyi.
-
Məhsul üzrə biliklər: RESTful APIs, Single Sign On, LDAP, Search texnologiyaları
-
Başqa tələblər: Cüt proqramlaşdırma, dizayn mock-ups, CI/CD, təhlükəsizliyin yaradılması, informasiya təhlükəsizliyi, test yönümlü inkişaf üzrə təcrübə
Risk Modelləşdirmə üzrə Kiçik Mütəxəssis / Mütəxəssis
Son tarix 15 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Statistik və ML modellərinin keyfiyyət və kəmiyyət üzrə validasiyasının həyata keçirilməsi;
-
Validasiya metodologiyasının inkişaf etdirilməsi və yenilənməsində iştirak;
-
Modelin validasiya edilməsi, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanın toplanılması;
-
Model validasiyası üzrə test nəticələrinin şərh edilməsi və məhsul sahibi, data komandasına tədbirlər planının hazırlanması üzrə təkliflərin verilməsi;
-
Model sənədlərinin oxunulması və model metodologiyasının, datanın dərindən araşdırılması;
-
Modelin çatışmazlıqlarının, risklərinin müəyyən edilməsi, tədbirlər və model yenilənməsi üçün tövsiyələrin verilməsi;
Sizdən nə tələb olunur?
-
Təhsil: Kompüter elmləri, Statistika, Tətbiqi Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Maliyyə və bank sahəsində data, model validasiyası üzrə minimum 2 il
-
Xarici dil: İngilis dili
-
Digər: Statistik modeləşdirmə üzrə biliklər
-
“Linear regression”, “Logistic Regression”, “Decision Tree” və ML (“Boosting”,
-
“Random Forest”) modellər üzrə təcrübə
-
R, Python, SQL ilə sərbəst işləmə bacarığı
-
Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı
-
Güclü ünsiyyət bacarıqları\
Ödənişlərin İcrası / Kiçik Mütəxəssis (Müvəqqəti)
Son tarix 15 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi.
-
Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi.
-
Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğun olmasına yoxlanması. Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində icra edilməsi və tənzimləyici orqanların tələbinə əsasən məlumatların vaxtlı vaxtında müvafiq sistemlərdə qeydiyyatın edilməsi. Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi.ƏD proseduruna uyğun olaraq nağdsız əməliyyatlar şöbəsinin funksiyasının bir hissəsi kimi digər struktur bölmələrinə məlumat dəstəyinin göstərilməsi.
-
Əməliyyatların icrasında ÇPY və TM üzrə şübhəli hallar aşkar edildiyi təqdirdə Hüquq və Komplayns departamentinə məlumatın verilməsi və qərar uyğun olaraq tədbirlərin həyata keçirilməsi.
-
Ödənişlərlə bağlı banklardan daxil olan sorğuların icra edilməsi, iddiaların səbəbinin aydınlaşdırılması, müştərinin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemləri aradan qaldırmaq üçün onların həlli yollarının axtarılması.Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün və məlumatın toplanması üçün əlaqəli struktur bölməsinə dəstəyin göstərilməsi.
-
Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması və icrası.
-
Müştəridən daxil olan şikayətlərin idarə olunmasına kömək edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması.
-
Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə müştərti məlumatlarının təqdim edilməsində dəstəyin göstərilməsi.
-
Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak edilməsi.
-
Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması. Uyğunsuzluq aşkar edildiyi zaman aradan qaldırılması üçün tədbirlərin görülməsi.
-
Müştəri ödənişlərinin müxbir münasibətlərdə effektiv idarə edilməsi prosesinə dəstəyin göstərilməsi.
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
-
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
-
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
-
Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
-
Kompüter bilikləri: Microsoft Office (excel, world)
-
Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Ödəniş sistemləri sahəsində təcrübə
-
Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Məhsul Sahibi
Son tarix 16 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Rəqəmsal kreditləşdirmə dəyər təklifi və biznes prosesi strategiyaları ilə bağlı işlərin işlənib hazırlanması və icrası
-
Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi;
-
Prioritet epic/story-lərin həyata keçirilməsinə və satış üçün maneələrin aradan qaldırılmasına diqqət yetirmək.
-
Məhsulun bank sistemlərində səliş işinin təmin olunması
-
Rəqəmsal maliyyələşmə məhsullarının biznes məqsədlərinə çatmaq üçün strategiyanın icrası;
-
Sənədlərin, kompüterlərin, faylların və bütün məxfi məsələlərin bankdaxili nəzərdə tutulduğu kimi müvafiq qaydada idarə olunmasını təmin etməklə həssas müştəri və bank məlumatlarının qoruyunması.
-
Fırıldaqçılığın qarşısının alınması.
-
Rəqabətlilik mənzərəsini başa düşmək və kredit biznesində bank imkanlarını müəyyən etmək üçün bazarın araşdırılması.
-
Bank prosedurlarına uyğunluq.
-
Mütəmadi olaraq hesabat vermək və rəhbər tərəfindən verilən digər tapşırıqların icrası
Sizdən nə tələb olunur?
-
Təcrübə: 2 il məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
-
Biliklər:
-
Güclü analitik və texniki bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı
-
Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı
-
Komandada işləmə bacarığı;
-
Problemləri həll etmə bacarığı;
-
Konfliktlərin idarəedilməsi;
-
Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
-
Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;
-
Dil bilikləri: Azərbaycan diliı İngilis dili (orta)
-
Coding və mobil applikasiyalar üzrə təcrübə arzuolunandır
Bazar Risklərin İdarəedilməsi üzrə Mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Bankın bazar və likvidlik risklərinin idarə edilməsinə aid olan daxili siyasət və prosedurları barəsində dərindən məlumat
-
Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək vermək (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
-
Pul bazarı, istiqraz, kapital və derivativ ticarəti üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasını təmin etmək
-
Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarət və dəstək göstərmək
-
Bankın daxili bazar risk modellərinin nəticəsi əsasında daxili hesabatların idarə edilməsi (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
-
Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət etmək
-
İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət etmək
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
-
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
-
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
-
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
-
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi.
-
İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
-
Xarici dillər: İngilis (səlis)
-
Kompüter bilikləri: Microsoft Office
-
Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
-
Bazar üzrə biliklər: Tələb olunur
-
Texniki biliklər:
-
Statistik modelləşdirmə üzrə biliklər
-
R (data.table, tidyverse və.s), Power BI ilə sərbəst işləmə bacarığı
İşə qəbul üzrə Baş Mütəxəssis
Son tarix 17 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Şirkətin istedadların əldə edilməsi proqramını həyata keçirmək
-
İşə qəbul prosesinə riayyət etmək və işə qəbulun sürətini və keyfiyyətini təmin etmək.
-
Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək
-
Müxtəlif sosial media platformalarından istifadə edərək potensial namizədləri banka adiyyatı vakansiyalar üzrə cəlb etmək
-
Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək
-
Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq
-
Müxtəlif əməkdaşlıqlar irəli sürmək, fərqli universitet və təhsil ocaqları ilə əlaqə qurmaq
-
HR verilənlər bazası, namizəd izləmə və idarə edilməsi sistemləri ilə işləmək
-
Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq
-
İşə götürmə metrikalarını izləmək
-
İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək
-
Daxili müştərilərlə əməkdaşlığı təmin etmək
Sizdən nə tələb olunur?
-
Təhsil: İnsan Resursları, Psixologiya və ya müvafig sahə üzrə ali təhsil arzuolunandır
-
İş təcrübəsi: 3-5 il
-
Xarici dillər: Azərbaycan, İngilis və Rus dil bilikləri
-
Kompüter bilikləri: Microsoft Office (Excel bilikləri yüksək səviyyədə), analitik alətlərindən istifadə arzuolunandır
-
Sertifikat: SHRM / CİPD arzuolunandır
-
Digər:
-
Motivasiya
-
Güclü ünsiyyət bacarığı
-
Analitik bacarığ
-
Layihə idarəedilməsi üzrə təcrübənin olması üstünlükdür