Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Kiçik Mexanik” vəzifəsinə işə qəbul elan edir.
Tələblər
- Kənd təsərrüfatı və yaxud tikinti texnikası üzrə kollec və ya Ali təhsil.
- Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər
- Mexanik və ya operator kimi minimum 3 il iş təcrübəsi
- Sürücülük vəsiqəsi
- İngilis dili biliyi (pre-intermediate)
- Adi iş saatlarından kənar vaxtda çətin şəraitdə işləməsi gözlənilir.
- Ofis mühiti və açıq məkanlarda işləmək bacarığı
Vəzifə öhdəlikləri
- Qaraj Supervayzerinin verdiyi gündəlik / həftəlik iş yükünü icra edir, həm xüsusi qarajda, həm də ərazidə tələb olunan əlavə tapşırıqları və müəyyənləşdirilmiş işləri yerinə yetirir;
- Qarşıdan gələn əməliyyatlar üçün (məhsula/şəraitə uyğunlaşdırılmaq üçün aparılan kalibrləmə işləri də daxil olmaqla) tələb olunan hissələri hazırlayır və texnikanın texniki xidmət planını yerinə yetirir;
- Elektron və ya kağız nüsxəli kataloqlardan istifadə etməklə tələb olunan ehtiyat hissələrini müəyyən edir və ehtiyat hissələrinin anbardan buraxılması üçün onları emalatxana briqadirinə / anbar departamentlərinə təqdim edir. Ehtiyat hissələrini iş / avadanlıq üzrə yerləşdirir;
- İş kartlarını vaxtında doldurmaqla ehtiyat hissələrinin, əlavə işlərin və sonrakı tələb olunan işlərin tam şəkildə sənədləşdirilməsini təmin edir;
- Səyyar texnikanın və nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir;
- Avadanlıqlardakı problemlər və ya xidmət qrafiki ilə bağlı məlumat əldə etmək üçün operatorlarla əlaqə saxlayır və 24 saat operator ilə prosesi izləyir;
- İşlək və qeyri-işlək rejimdə olarkən texnikanın vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir, müştərək qovluqdakı texnika barədə məlumatlara nəzər yetirir;
- Mövcud proqram təminatı vasitəsilə və emalatxana briqadirinin təqdim etdiyi məlumat əsasında texnikanın istismar göstəricilərini və texniki xidmətini monitorinq edir;
- Səyyar texnikanın şirkətin qaydalarına uyğun fəaliyyət göstərməsini təmin etmək üçün alternativ həllər axtarmaq;
- Məhsul yığımından sonra texnika barədə hesabatın hazırlanmasına yardım etməklə səyyar texnikadakı problemli sahələri müəyyənləşdirir. Tələb olunan hissələrin və xidmətlərin siyahısını vaxtında hazırlayır;
- Həm kağız nüsxədə, həm də texnikada olan “növbəti xidmət haqqında məlumat” talonlarında texniki xidmət barədə qeydlər aparır;
- Öz cavabdehliyində olan qeyri-işlək texnika və nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir;
- Bütün qaraj sahələrinin təmizliyinə, saz vəziyyətdə saxlanılmasına və SƏTƏM tələblərinə uyğun olmasına cavabdeh olur;
Əlavə məlumat
- İş yeri – Hacıqabul
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik Mexanik” şəklində göstərməyiniz xahiş olunur.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Kiçik Mühəndis” vəzifəsinə işə qəbul elan edir.
Tələblər
- Müvafiq sahə üzrə Mühəndislik ixtisasını yenicə tamamlayan
- Mühəndislik, tikinti və ya avtomobil sahəsində 1-3 il arası iş təcrübəsi
- Sürücülük vəsiqəsi
- Mexaniki avadanlıq və onun istismarı barədə sadə anlayışlar.
- Proqram təminatı və ya yeni ideyalar yaratmaq bacarığı
- İngilis dili biliyi (intermediate)
- Yüksək səviyyədə Microsoft Office bilikləri
- Adi iş saatlarından kənar vaxtda çətin şəraitdə işləməsi gözlənilir.
- Ofis mühiti və açıq məkanlarda işləmək bacarığı
Vəzifə öhdəlikləri
- Tərcümə və təklif sahəsində Texniki Xidmət üzrə Menecer və işçilər arasında kommunikasiyaya dəstək olmaq
- Dəstək tələbləri və müşahidələri ilə bağlı təchizatçılarla əlaqə yaratmaq
- Mexaniki avadanlığın istismar və ya qeyri-istismar vəziyyətdə olmasını izləmək; müvafiq şöbələrə məlumat vermək və avadanlıq barədə məlumatları ümumi qovluqda saxlamaq
- Menecer tərəfindən təlimatlandırılmış qaydada Satınalma Sifarişini hazırlamaq, təqdim etmək və izləmək
- Mobil avadanlığın performansına nəzarət etmək və məhsul yığımı kompaniyaları zamanı icmal təqdim etmək
- Mexaniki avadanlığın quraşdırılmasında operatorlara dəstək göstərmək və işçi heyətinə tələb olunmuş qaydada təlimləri çatdırmaq üçün Tez İstinad Kitabçası hazırlamaq
- Mexaniki avadanlıqların ehtiyat hissələrinin sifariş prosesinin hazırlanmasına dəstək göstərmək
- Seminar işçilərinin sadə kompüter bilikləri barədə təlim və dəstəyi
Əlavə məlumat
- İş yeri – Hacıqabul
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik Mühəndis” şəklində göstərməyiniz xahiş olunur.