Vakansiya:Komputerləşmə və İKT
İşin təsviri:
- İdeyanın təsdiqindən başlayaraq biznes modelinin yekun təqdimatına qədər yeni biznes konsepsiyalarının yaradılmasında daxili sahibkarlara dəstək;
- Startaplar üçün daxili platformanın idarə edilməsi;
- Daxili sahibkarlara daxili kommunikasiyaların yayımlanması məqsədilə kommunikasiyalar komandası ilə birg əməkdaşlıq;
- Demo Günləri və Daxili İnnovasiya Günləri kimi vacib tədbirlərin planlaşdırılması və həyata keçirilməsində dəstək;
- Daxili sahibkarlar tərəfindən əldə edilən irəliləyişlərin monitorinqi;
- Əsas maraqlı tərəflər üçün proqramın gedişatı haqqında hesabatların hazırlanması;
- PAŞA Hub daxilində daxili sahibkarların fəaliyyətinin əlaqələndirilməsi;
- Əsas maraqlı tərəflərə təqdimat komandaların təlimatlandırılması;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Startap ekosistemi, vençur kapitalı və/və ya sahibkarlığın inkişafı üçün dəstək sistemi ilə bağlı bilik və təcrübə;
- Texnologiyaya, yeniliyə, startap dünyasına və sahibkarlığa şəxsi maraq;
- İngilis dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları mütləqdir;
- Güclü analitik bacarıqları və müxtəlif proqramlar, məlumat təhlili və kreativ düşünmə qabiliyyəti də daxil olmaqla internet texnologiyaları ilə sərbəst davranış;
- Yaranan yeni tendensiyaları müəyyən etmək bacarığı;
- Korporativ innovasiya, konsaltinq, vençur kapitalı və ya startap təcrübəsinin olması arzuolunandır;
Müraciət etmə qaydaları:
CV-lər bu e-ünvana göndırilməlidir: [email protected]
Mövzu sətrində “İnnovasiya üzrə proqram koordinatoru” qeyd olunmalıdır;
CV-lər 18 fevral, 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.