PASHA Holding Korporativ Əlaqələr üzrə köməkçi vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
• Daxili və xarici auditoriya üçün keyfiyyət standartlarına və dizayn qaydalarına cavab verən fərqli, eləcədə Şirkətin “Brand Book”na uyğun olan slaydlar və bütövlükdə təqdimatların hazırlanması;
• Təsvirlərdən istifadə edərək ayrı ayrı slaydların tərtibatı, mətnlərin visualizasiyası, format və texniki quruluşların təkmilləşdirilməsi;
• Sənədlərin bütünlüklə yenilənməsi: məqsədəuyğun şəkildə, bütün slaydların vahid formatda və dəqiq qrafiklə işlənmiş, təkmilləşdirilmiş vizual təqdimatı (tərtib, mesaj vizualizasiyası);
• Bütün hazırlanma prosesi ərzində fərqli funksional qruplarla birbaşa əlaqələrin qurulması və birgə əməkdaşlıq;
• Keyfiyyət standartlarının təmin edilməsi məqsədilə sənədlərin yoxlanılması;
• Daxili kommunikasiya kanallarının idarəedilməsində dəstək;
• Korporativ görüşlərin və tədbirlərin koordinasiyasında dəstək, iclasların planlaşdırılması və iclaslarla bağlı məlumatların təşkili, qeyd edilməsi, tələb oluna keyfiyyətinin qiymətləndirilməsi;
• İnternet səhifəsi və digər xarici kommunikasiya kanallarında məlumatların yenilənməsi;
• Ehtiyac yarandığı halda PAŞA Holdinqin kommunikasiyalar fəaliyyətinin tərkib hissəsi olaraq foto və video fayllarının redaktə edilməsi də daxil olmaqla fərqli dizayn proqramlarında işləmə;
• Zərurət yarandığı hallarda Şirkət əməkdaşlarına vizualizasiya üzrə məsləhət xidmətlərinin göstərilməsi;
• Ehtiyac yarandığı hallarda, komanda üzvlərini təqdimat dizaynı, eyni zamanda PPT və think-cell və bu kimi digər vasiələrdən səmərəli istifadə üzrə təlimləndirilməsi;
• Ofisdaxili təşəbbüslərdə və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə iştirak;
• Sürətlərin çoxaldılması və cildləmə sorğularınının tamamlanması. Ehtiyac yarandığı hallarda bir sıra peşəkar xidmətlərin təqdim edilməsi (məs., peşəkar cildlmə, posterlərin hazırlanması və redaktə edilməsi);
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Bakalavr dərəcəsi;
• Müvafiq sahə üzrə ilkin peşəkar təcrübə;
• MS Office proqram paketinin, xüsusilə Power Point proqramının yüksək səviyyədə biliyi; planlaşdırma və dizaynın diqqətlə izlənilməsi; Adobe Illustrator, Photoshop, InDesign kimi dizayn proqramlarının ilkin biliyi;
• Onlayn ünsiyyət və qiymətləndirmə vasitələrinin biliyi və təcrübə - Zoom, Microsoft Teams; SurveyMonkey, Mentimetr və s. + Adobe video tənzimləmə vasitələri
• Güclü təşkilatçılıq və şəxsiyyətlərarası ünsiyyət bacarığı; sifarişçilərə xidmətə diqqət; yüksək uyğunlaşma və təyin olunmuş son tarixlərin qarşılanması; müstəqil işləmə bacarığı; güclü ünsiyyət və anlama bacarıqları;
• Azərbaycan və ingilis dillərində mükəmməl yazı bacarığı;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Korporativ Əlaqələr üzrə köməkçi” qeyd olunmalıdır;
• CV-lər 26 may, 2021-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.