Vakansiya: Junior Accountant
Tələblər:
- Bütün əməliyyatların qeydə alındığına əmin olmaq üçün müxabirləşmələri daxil və icra edilməsi;
- Debitor və kreditor borclarının gündəlik olaraq yenilənməsi və lazım olduqda hesab-fakturaların tərtib olunması və üzləşdirilmələrin aparılması;
- Sənədlərin arxivləşdirilməsi və lazım olan ehtiyat nüsxələrinin, sənədlərin mövcudluğunun təmin edilməsi;
- Aylıq və illik mühasibat bağlanış proseslərində həmkarlara yardım edilməsi;
- Mövcud olan bütün məlumatların dəqiq, tam və tələb olunduqda dərhal əlçatan olmasına əmin olmaq üçün yenilənmiş maliyyə məlumat bazası və reyestrlərin təmin edolməsi;
- Digər funksiyaların sorğularına yardım göstərilməsi, ehtiyac yarandığı dəstək göstərilməsi;
- Ehtiyac yarandıqda inzibati işlərdə dəstəyin göstərilməsi və zəruri hallarda digər əlavə tapşırıqların yerinə yetirilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Sahədə minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət bacarıqları;
- Azərbaycan və ingilis dillərinin səlis biliyi;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Nəticə yönümlü;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Kiçik Mühasib” qeyd olunmalıdır;
- CV-lər 15 avqust 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq
CV-lər [email protected] email adresinə göndərilməlidir