PASHA Life
Korporativ hüquq şöbəsinin mütəxəssis - hüquqşünası
Son tarix 24 noy 2022 - Müraciət et
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 23 noyabr 2022-ci il
Vəzifə Öhdəlikləri:
- Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması üçün müqavilələr (əlavə və dəyişikliklər) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
- Banklarla bağlanan cari hesab, əmanət hesabı və digər müqavilələrin hüquqi ekspertizasını aparmaq
- Cəmiyyəti məhkəmələrdə və istintaq orqanlarında cavabdeh, iddiaçı, üçüncü şəxs (maraqlı şəxs) və digər proses iştirakçısı kimi verilmiş müvafiq səlahiyyət əsasında təmsil etmək, iddia ərizələri, apellyasiya şikayətləri, iddia ərizəsinə və apellyasiya şikayətlərinə etirazlar (mülahizə), həmçinin vəsatətlər hazırlamaq və qeyd olunan sənədləri aidiyyəti məhkəməyə göndərmək;
- Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
- Sığorta müqavilələri və əlavələrin hüquqi hissələrinin tənzimlənməsi prosesində iştirak etmək, sığorta məhsulları barədə əməkdaşlıq müqavilələrini hazırlamaq.
- Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də sığorta qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək
- Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq, rəy vermək;
- Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
- Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək
- Təsis sənədləri və hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması ilə bağlı işləri görmək, lisenziyalaşdırma, icazələrin alınmasını tələb edən məsələlər üzrə sənədləri hazırlamaq, tədbirlər görmək;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Hüquq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
- Təhsili/ixtisası: Hüquq təhsili üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili - orta, İngilis dili - orta
- Üstünlüklər: Maliyyə sahəsində çalışmış hüquqşünaslara üstünlük veriləcəkdir.
- Kompüter bilikləri: MS Office: orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.