Vakansiya: Hesabatlılıq şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları: 09:00 – 18:00
Son müraciət tarixi: 13 fevral 2022-ci il
Əsas vəzifə öhdəlikləri:
- MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
- Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu analiz etmək;
- Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
- Hesabatların hazırlanması prossesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
- Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
- İllik büdcənin hazırlanmasında iştirak etmək;
- Rüblük və aylıq əsasda büdcə-fakt təhlillərini aparmaq;
- Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
- Şöbənin funksiyasından irəli gələn digər işlər.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
- Təhsili/ixtisası: Maliyyə, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus dili (orta)
- Üstünlüklər: SQL və Power BI üzrə biliklər, CFA imtahanının birinci mərhələsini uğurla tamamlamaq, Böyük audit dördlüyünə aid şirkətlərdə qazanılmış iş təcrübəsi
- Kompüter bilikləri: MS Office: əla (xüsusi ilə “MS Excell”)
- Sertifikasiya/lisenziya: ACCA sertifikasiyası üzrə ən azı FR və FA imtahanlarından uğurla keçilməsi və ya DipİFR sertifikasiyası
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün qeyd olunan linkə daxil olmaq lazımdır. https://pasha-life.az/about?lang=az#career
Vakansiya: Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi-aktuarisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 15 fevral 2022-ci il
Vəzifə Öhdəlikləri:
- Sığorta öhdəlikləri üzrə ehtiyatlarının hesablanması (Maliyyə Hesabtlarının Beynəlxalq Standartına uyğun və Nəzarət orqanının tələblərinə əsasən) prosesində iştirak
- Sığorta öhdəlikləri üzrə ehtiyatlar üzrə təhlil məqsədli hesabatlar hazırlanması
- Uçot jurnalının hazırlanması və avtomatlaşdırılması prosesində iştirak
- Risk səviyyələri üzrə hesablamları həyata keçirilməsi
- Sığorta riskləri üzrə hesabatların qaydalar çərçivəsində hazırlanmasınıda iştirak
- Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak (qiymətləndirmənin adekvatlığı, portfel analizi, təkrarsığortanın effektivliyi, büdcələmə prosesində iştirak)
- Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi
Namizədə olan tələblər:
- İş təcrübəsi: Tələb olunmur.
- Təhsili/ixtisası: Riyaziyyat, İqtisadiyyat, Statistika, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi tələb olunur
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
- Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi, Magistr dərəcəsi
- Kompüter bilikləri: MS Office: orta, MS Excel: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və problem həlletmə, planlaşdırma
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün qeyd olunan linkə daxil olmaq lazımdır. https://pasha-life.az/about?lang=az#career