Banner

Vakansiyalar

"PAŞA Həyat Sığorta" işçilər axtarır - VAKANSİYA

"PAŞA Həyat Sığorta" işçilər axtarır - VAKANSİYA | FED.az
19:44 3 Mart 2021

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Satış departamenti, Fərdi sığorta şöbəsi
Vəzifə: Fərdi sığorta şöbəsinin müştəri meneceri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 07 mart 2021

Vəzifə Öhdəlikləri:

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
Dil bilikləri: Azərbaycan dili - əla; Rus dili - əla; İngilis dili - orta
Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
Kompüter bilikləri: MS Office-orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, münasibət yaratma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Əməliyyat risklərinin idarəedilməsi şöbəsi
Vəzifə: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi (İT risklərinin idarə edilməsi sahəsi üzrə)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 28 mart 2021

Vəzifə Öhdəlikləri:

1. İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması (RCA - Root Cause Analysis) və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
2. Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
3. Cəmiyyət üzrə İT risk mədəniyyətinin ölçülməsi, monitorinqi və inkişaf etdirilməsi (zəruri tədrisin təmin edilməsi);
4. İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
5. Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
6. İT prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
7. Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
8. Müəssisədə risklərin idarə edilməsi (enterprise risk management) proqramının İT risk komponentinin icra edilməsi;
9. İT riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
10. BIA (Business impact Analysis - Biznesə təsir təhlili) təhlillərinin aparılması və Biznesin Fasiləsizlik Planının hazırlanılması;
11. Dövri olaraq hesabatların hazırlanılması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Kompüter elmləri, maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər müvafiq sahə üzrə balakavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - əla
Üstünlüklər: Maliyyə sektorunun əməliyyat risklərinin idarə edilməsi, İT risk,audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir. Magistr dərəcəsi.
Kompüter bilikləri: MS Office – əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, gələcəyi planlaşdırma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Banner

Digər xəbərlər